Sərhəd boyunca siqnalizasiya sistemi yaradıldı

10:00 22-08-2022 | icon 453 | Cəmiyyət
Sərhəd boyunca siqnalizasiya sistemi yaradıldı

Cari ildə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında ən müasir tələblərə cavab verən yeni əsgər yataqxanası, idman kompleksi, “Şərur” sərhəd komendantlığının xidməti-yaşayış kompleksi sərhədçilərin istifadəsinə verilib. 5-ci sərhəd zastavasının inşası başa çatdırılıb.

 

Bu barədə “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası məlumat yayıb.

 

Qeyd edilib ki, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin olunması məqsədi ilə sərhəd boyunca siqnalizasiya sistemi yaradılıb və müasir tipli kameralar quraşdırılıb. Müasir tələblərə uyğun yeni qərargah binaları, əsgər yataqxanaları, anbarlar, hamam-camaşırxana, yardımçı binalar, sərhədçi ailələri üçün tam şəraitli yaşayış binaları tikilib istifadəyə verilib.

 

Şəxsi heyətin təminat və təchizatının yaxşılaşdırılması, sərhəd zastavalarının müasir texnika və avadanlıqlarla təmin edilməsi də daim diqqət mərkəzində saxlanılır. Yaradılan müasir infrastruktur və maddi-texniki təchizat döyüş hazırlığının yüksəldilməsinə və peşəkar kadr təminatına öz töhfəsini verib. Sərhəd komendantlıqlarının xidməti ərazilərində qarşılıqlı fəaliyyət planına əsasən “Dövlət sərhədinin pozulması halları baş verdikdə sərhəd bölmələrinin hərəkəti və sərhəd axtarışının keçirilməsi” mövzusunda Sərhəd Diviziyasının sərhəd komendantlıqlarının sərhəd zastavaları və Çevik əməliyyat taborunun şəxsi heyətinin iştirakı ilə təlim məşqləri keçirilib. Təlimdə əldə olunan təcrübə, şəxsi heyətin qazandığı vərdişlər dövlət sərhədinin etibarlı mühafizəsinə təminat yaradıb.

 

Müxtəlif ixtisaslar üzrə Mərkəzi Qərargahda keçirilən təlim toplanışlarında zabit heyətinin hazırlanması və təkmilləşdirilməsində Sərhəd Diviziyasının aidiyyəti üzrə bölmələrinin iştirakı təmin olunub.

 

“Gizir hazırlığı” və “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı” kurslarında Sərhəd Diviziyası üçün mütəxəssislərin hazırlanması və bu kurslarda hərbi qulluqçuların təhsil alması təşkil olunub.

 

“Bu gün hər bir sərhədçi ulu öndərimizin və müstəqilliyimizin əmanəti olan dövlət sərhədlərimizi ayıq-sayıq qorumaqla, həm də beynəlxalq terrorizmə, təxribatçı qüvvələrə, qaçaqmalçılığa qarşı mübarizə aparırlar”, - “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının məlumatında bildirilir.

 

Qeyd edilir ki, “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti yaradılan şərait və göstərilən yüksək qayğını daimi öz üzərində hiss edərək daha da ruhlanır, bundan sonra da Azərbaycanın Naxçıvan Muxtar Respublikasındakı sərhədlərini etibarlı qoruyacaq, ayıq-sayıqlıq nümayiş etdirəcək.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ