Sığınacaqlarda monitorinq keçirildi

15:14 23-08-2022 | icon 437 | Cəmiyyət
Sığınacaqlarda monitorinq keçirildi

Artıq 22 uşağın məsələsi həll olunub

 

Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Azərbaycan Uşaqları İctimai Birliyinin təşəbbüsü ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Fuad Babayev, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, İctimai Şuranın üzvləri Məleykə Əlizadə və Rüfət Əsədzadə qeyd edilən təşkilatların nəzdində fəaliyyət göstərən sığınacaqlarda monitorinq keçirib.

 

Monitorinq İnsan alverinə qarşı mübarizə üzrə Milli Fəaliyyət Planının 4.5.4-ci maddəsində nəzərdə tutulan "İnsan alverindən zərər çəkməsi ehtimal olunan və ya insan alverinin potensial qurbanı olan uşaqların təhsil imkanlarının artırılması”, eləcə də 4.5.6-cı maddəsində nəzərdə tutulan "Uşaqların təhsildən yayınması və baxımsızlığı ilə bağlı monitorinqlərin davam etdirilməsi, təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqlarla fərdi profilaktik iş aparılması" bəndinə uyğun həyata keçirilib. 

 

Birgə fəaliyyət zamanı “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin yanında genderəsaslı zorakılıq qurbanları üçün sığınacaqdan 7 potensial insan alveri qurbanı olan uşağın, Azərbaycan Uşaqları İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzindən 4 potensial insan alveri qurbanı olan uşağın fərdi təhsilə cəlb edilməsi və 11 uşağın bağcaya yerləşdirilməsi məsələsi yerindəcə həll edilib. Monitorinqdən sonra müzakirələrin gedişində birgə fəaliyyətin gələcəkdə də davam etdirilməsi, hər bir uşağın təhsil imkanlarından istifadəsi və digər yardım məsələləri də diqqət mərkəzində olub.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq