"Narkomaniya ilə mübarizədə yalnız polisin, hüquq-mühafizə orqanlarının gücü yetmir"

09:31 25-08-2022 | icon 427 | Cəmiyyət
"Narkomaniya ilə mübarizədə yalnız polisin, hüquq-mühafizə orqanlarının gücü yetmir"

Razi Nurullayev: "Bununla bağlı ayrı-ayrı rayonlarda könüllü dəstələr yaradıla bilər"

 

"Biz hər gün həm media səhifələrində, həm internetdə, həm də televiziya ekranlarından görürük ki, bu və ya digər şəxslər, narkotacirlər, onu istifadə edənlər saxlanılır, həbs edilir, cəzalandırılır. Amma belə görünür ki, hələ bunlar da bəs etmir".

 
 
Versus.Az xəbər verir ki, bunu açıqlamasında Milli Cəbhə Partiyasının sədri, millət vəkili Razi Nurullayev bildirib.
 
 
 
Millət vəkilinin fikrincə, burada yalnız polisi, hüquq-mühafizə orqanlarının gücündən yox, bütün cəmiyyətin gücündən istifadə etmək lazımdır:
 
 
 
"Azərbaycanda ümumiyyətlə, bu sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları var. Bununla bağlı ayrı-ayrı rayonlarda könüllü dəstələri yaradıla bilər. Bu könüllü dəstələr də həm hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etsinlər, həm aldıqları məlumatları lazımi orqanlara ötürsünlər. Yəni, cəmiyyətin özünün də bu məsələ ilə bağlı birbaşa iştirakına ehtiyac var".
 
 
Razi Nurullayev qeyd edib ki, onun bu iki təklifi adi bir təklif də görünə bilər. Amma...:
 
 
"Cəmiyyətin müxtəlif üzvlərinin, təbəqələrinin, ekspertlərin iştirakı ilə daha böyük bir müzakirələr açıla bilər ki, cəmiyyət özü o problemin qarşısını almaq üçün hansı addımları ata bilər, necə səfərbər edilə bilər. Burada dövlət orqanlarının da iştirakı stimulzasiyası, motivasiyası lazımdır. Onların da bu məsələyə müdaxiləsi vacibdir ki, cəmiyyətin müxtəlif təbəqələri bu prosesə cəlb olunsunlar".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq