Giza yaylasının sirri açıldı

20:28 31-08-2022 | icon 448 | Maraqlı
Giza yaylasının sirri açıldı

Misirlilərin piramidaların tikintisi üçün hansı səbəbdən Giza yaylasını seçmələrinin sirri tapılıb. Məlum olub ki, Qədim Krallığın 4-cü sülaləsinin fironları bu yeri Nil çayına yaxın və asan keçilən kanala bitişik olduğu üçün seçiblər.

 

Bu barədə uzun müddət tədqiqatlar aparan fransalı və misirli arxeoloqların PNAS jurnalında dərc olunan elmi işində məlum olub.

 

Onların sözlərinə görə, Nil Qədim Misir tarixində sülalə dövrünün sonunda dayazlaşıb, ancaq Xufu, Xafra və Menkaure dövründə bu kanal gəmiçilik üçün inkişaf etmişdi. Deməli, buradan piramidalar üçün tikinti materiallarını çatdırmaq üçün istifadə edilə bilərdi.

 

Qeyd edək ki, Xeops piramidası eramızdan əvvəl III minilliyin ortalarında tikilib. Onun tikintisinə Qədim Krallığın dördüncü sülaləsinin hökmdarlarından biri olan firon Xufu təşəbbüs göstərib. Qədim Misirin bütün böyük piramidaları, o cümlədən Xafra və Menkaure piramidaları, həmçinin məşhur Sfinksin abidəsi bu sülalənin dövründə tikilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq