Human Rights Watch” Ermənistanla bağlı tənqidi hesabat yayıb

11:59 18-01-2019 | icon 561 | Geopolitika
Human Rights Watch” Ermənistanla bağlı tənqidi hesabat yayıb

 

Ermənistanın yeni hökuməti bütün saxlanılan şəxslərin hüquqlarına hörmət etməli və məhkəmə orqanlarının müstəqilliyini təmin etməlidir.

 

Versus.Az - ın məlumatına görə, bu barədə “Human Rights Watch” təşkilatının “World Report 2019” hesabatında deyilir.

 

Hesabatda qeyd olunur ki, yeni hökumət 2008-ci ilin martında baş vermiş toqquşmalarla bağlı araşdırmaları bərpa edib və o dövrün prezidenti Robert Koçaryan və iki komandir barəsində ittihamlar irəli sürüb.

 

Hesabata əsasən, Ermənistanda insan hüquqları ilə bağlı problemlər arasında məişət zorakılığı, cinsi azlıqlara qarşı zorakılıq və ayrı-seçkilik, fiziki məhduiyyətli uşaqların keyfiyyətli təhsilə çıxış imkanlarının azlığı yer alır.

 

Müəlliflər vurğulayır ki, seçki ərəfəsində ölkədə siyasi partiyalar və bəzi siyasətçilər geniş yayılmış homofobiya amilindən istifadə etməyə çalışır və öz çıxışlarında alçaldıcı açıqlamalar səsləndirirdi.

“Human Rights Watch” qeyd edib ki, Ermənistanda bir sıra uşaq tədris müəssisələrinin təkmilləşdirildiyi bir vaxtda bu cür proqramlar digər uşaqlarla yanaşı, əlil uşaqlar əhatə etməyib:

“Mövcud qanunvericilik psixososial və əqli pozuntuları olan şəxsləri cəmiyyətdə hər hansı bir fəaliyyətə qoşulması imkanından məhrum edir. Ölkədə bu cür şəxslərin yardım əldə edə bilmək imkanı verən qaydalar sistemi mövcud deyil”.

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı