Ermənilərin Rusiyadan gələn "Vardanyan təxribatı"

12:51 08-09-2022 | icon 366 | Qarabağ
Ermənilərin Rusiyadan gələn "Vardanyan təxribatı"

 

“Vardanyanın Xankəndinə köçməsi iddiasının arxasında dayanan məkrli niyyətlərin həyata keçməsi ehtimalı real deyil”.

 

Bunu Versus.az-a siyasi şərhçi Aytən Qurbanova son günlər ermənilərin Qarabağı işğalda saxlamaq verməmək  iddialarına bir milyarderin də qatılması və Vardanyan adlı həmin alleqarxın Xankəndiyə köçüb yaşamaq istəyinin məqsədləri ilə bağlı şərhində bildirib.

 

Aytən Qurbanova bildirib ki, erməni iş adamı Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edərək Xankəndinə köçəcəyi ilə bağlı iddialarının arxasındakı məkrli niyyətlər aydındır. Onun sözlərinə görə, həmin erməninin adı işğal dövründə də dəfələrlə çirkli pulların yuyulması məqsədilə Qarabağ ərazisində müxtəlif layihələrin maliyyələşdirilməsində hallanıb və bu addımlarını davam etdirmək niyyəti məlumdur.

 

"Digər tərəfdən, Laçın dəhlizinin alternativ yola keçirilməsindən sonra rus sülhməramlılarının nəzarət dairəsi getdikcə daralıb və ilkin mərhələdə olan sui-istifadə hallarının təkrarlanmaması məqsədilə Azərbaycanın razılığı olmadan hər hansı bir xarici ölkənin vətəndaşının Qarabağa səfərinin təşkil olunmasının qarşısının alınması üçün adekvat tədbirlər gücləndirilib. Ona görə də, belə xəbərlərin yayılmasında Rusiyada olan müəyyən siyasi dairələr də kifayət qədər maraqlıdırlar. Amma heç bir halda nə Vardanyanın Xankəndinə köçməsi,  bu idddianın arxasında dayanan məkrli niyyətlərin həyata keçməsi ehtimalı real deyil. Çünki hər hansı bir xarici ölkənin vətəndaşının istənilən formada Qarabağ ərazisinə səfəri mütləq olaraq Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə  razılaşdırılmalıdır. Əks halda, həm milli qanunvericilik, həm də beynəlxalq hüquq normaları güc strukturlarına həmin şəxs və ya şəxslər barəsində cinayət təqibinin başlanması üçün tam hüquq verir. Digər tərəfdən, belə bir addımın atılmasının Rusiya siyasi dairələrinin icazəsi olmadan mümkün ola biləcəyi ehtimalı istisna olduğu üçün nəticələri sadəcə Vardanyana münasibətdə cinayət məsuliyyətinin yaranması ilə məhdudlaşmayacaq, həmçinin birbaşa olaraq Azərbaycan-Rusiya əlaqələrinə və Rusiyanın sülh danışıqlarındakı vasitəçilik missiyasına da mənfi təsir edəcəkdir. Ona görə də, düşünürəm ki, bu provokativ çıxışlar belə bir addım atıldığı halda Azərbaycanın münasibətinin hansı səviyyədə ola biləcəyini yoxlamaq və danışıqlar prosesində istifadə olunacaq təsir vasitəsi olub-olmama ehtimalını dəyərləndirməkdən başqa məqsəd daşımır”.

 

Ləman

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq