BMT ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəkləyir

12:10 18-01-2019 | icon 556 | Geopolitika
BMT ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəkləyir

 

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əhalinin sülhə hazırlanması barədə konkret tədbirlərin görülməsinin zəruriliyi ilə bağlı əldə olunmuş razılaşmanı alqışlayır.

 

Versus.Az bu barədə BMT Baş katibinin rəsmi nümayəndəsinin bəyanatına istinadən məlumat verir. Qeyd olunur ki, Baş katib yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin himayəsi ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri v.i.e. Zöhrab Mnatsakanyan arasında baş tutmuş görüşü alqışlayır:

 

"Baş katib tərəflərin həlli yubanmış Dağlıq Qarabağ münaqişəsinin razılaşdırılmış və dinc nizamlanması yollarının tapılmasına sadiqliyini yüksək qiymətləndirir, o cümlədən nazirlərin əhalinin sülhə hazırlanması barədə konkret tədbirlərin görülməsinin zəruriliyi barədə razılaşmasını alqışlayır".

A.Quterreş BMT-nin ATƏT-in Minsk qrupunun mühüm vasitəçilik səylərini tam dəstəklədiyini bir daha bəyan edib.

Xatırladaq ki, yanvarın 16-da Parisdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə E.Məmmədyarov və Z.Mnatsakanyan arasında 4 saatdan çox davam edən danışıqlarda daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb. Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür

Rektor yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-dan danışıb