İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb. Bu barədə Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında razılaşma əldə edilib.
Versus.Az xəbər verir ki, Azərbaycanın İsveçrədəki səfirliyindən verilən məlumata görə, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb və səfirlik tərəfindən istifadə ediləcək.
Eyni zamanda, bu markalar başqa maraqlı tərəflərə göndəriləcək.
Həmçinin 20 Yanvar barədə İsveçrə ictimaiyyətinin məlumatlandırılması istiqamətində səfirlik tərəfindən müxtəlif tədbirlər keçiriləcək.
Versus.Az
Xəbər lenti
Bakıda yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI
Ayı 60 manata olan parklanma yeri hazırda 90 manatadır