Altıncı kütləvi məhv olmanın qarşısını alacaq yeni ümid

10:57 21-09-2022 | icon 380 | Maraqlı
Altıncı kütləvi məhv olmanın qarşısını alacaq yeni ümid

Dünyada ilk klonlaşdırılmış vəhşi qütb canavarı doğulub.

 

Bu barədə Çinin “Sinogene Biotechnology Co.” biotexnologiya şirkətinin baş direktoru Mi Tszidun xəbər verib.

 

Onun sözlərinə görə, çinli tədqiqatçılar nəsli kəsilməkdə olan canavarı xilas etmək üçün 2020-ci ildən bəri qütb heyvanları üzrə ixtisaslaşan “Harbin Polarland” okeanariumu ilə əməkdaşlıq edirlər.

 

Məlumatda bildirilir ki, donor hüceyrələr Kanadadan gətirilən vəhşi dişi qütb canavarının dəri nümunəsindən əldə edilib. Klonlama təxminən iki il çəkib.

 
 

Mütəxəssislər hesab edirlər ki, dünyada ilk klonlaşdırılmış vəhşi Arktika canavarının doğulması biomüxtəlifliyin, həmçinin nadir və nəsli kəsilməkdə olan heyvanların qorunması üçün böyük əhəmiyyət kəsb edən klonlaşdırma texnologiyasının tətbiqində mühüm mərhələdir.

 

Xatırladaq ki, bir müddət əvvəl alimlər 2050-ci ilə qədər Yer kürəsində heyvanların altıncı kütləvi yoxa çıxmasının baş verə biləcəyi, hətta bəzi növlərin demək olar ki, 40%-nin məhv olacağı barədəxəbərdarlıq ediblər. /Global Times/

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

"Ulu öndərin işığında" - TƏQDİMAT

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq