Muzeydə Anım Gününə həsr olunmuş tədbir keçirilib

15:14 23-09-2022 | icon 607 | Cəmiyyət
Muzeydə Anım Gününə həsr olunmuş tədbir keçirilib

Bu gün Milli Azərbaycan Tarixi Muzeyində 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə şəhid ailələri, qazilər, Böyük Qayıdış Gənclər Təşkilatı İctimai Birliyinin üzvləri və muzey əməkdaşları iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra, tədbir iştirakçıları ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olan hərbiçilərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etdilər.

 

Tədbiri giriş sözü ilə açan muzeyin icraçı direktoru, t.ü.e.d., dosent Fərhad Cabbarov qonaqları salamlayaraq, tədbir iştirakçılarına şanlı tariximizdən, torpaqlarımızın azad edilməsində misilsiz xidmətləri olmuş Vətən Müharibəsi şəhidləri və qazilərinin göstərdikləri qəhrəmanlıqlardan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.

 

F.Cabbarov şəhid və qazilərimizin şəxsi əşyalarının muzeyin Vətən Müharibəsi fondunda qorunduğunu və tarixi qələbəmizi əks etdirən bu materialların öyrənilməsi və təbliği istiqamətində işlərin görüldüyünü xüsusi vurğuladı.

 

Daha sonra muzeyin baş direktoru, akademik Nailə Vəlixanlı Vətən Müharibəsinin qazilərini və şəhid ailələrinin üzvlərini salamlayaraq, xalqımızın daim onlara borclu və minnətdar olduğunu bildirib.

N.Vəlixanlı muzeyin bu şanlı tarixin əbədiləşdirilməsi istiqamətində gördüyü işlərdən danışaraq, muzeydə 2021-ci ilin əvvəlində Vətən Müharibəsi fondunun yaradıldığını, həmçinin ölkədə ilk dəfə olaraq 44-günlük müharibənin tarixini əks etdirən sərginin açıldığını qeyd etdi.

N.Vəlixanlı vurğuladı ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd gəncləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik, xalqa, torpağa bağlılıq hissini yüksəltmək, həmçinin, Vətən Müharibəsi şəhidlərinin və qazilərinin gənclər arasında tanıdılmasından ibarətdir.

 

Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş hərbiçilərimizin ailə üzvləri və qazilər tədbirdə çıxış edərək, müharibə zamanı onların keçdikləri döyüş yolları, qazanılan möhtəşəm Zəfər haqqında öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər.

 

Sonda qonaqlar muzeydə nümayiş olunan “Silahların mistik gözəliyi” adlı sərgi ilə tanış olub və xatirə fotosu çəkilib.

 

Qeyd edək ki, Vətən Müharibəsində qəhrəmancasına döyüşmüş, canlarını torpaqlarımız uğrunda fəda etmiş bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aygün Azərbaycan Kubokunun finalında çıxış edəcək

Bakıdakı qətlin DETALLARI

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ