Milyarder növbəyə durdu...
Dünyanın ən zəngin adamlarından biri, "Microsoft" korporasiyasının banisi və sahibi Bill Geyts sosial şəbəkələrin ulduzuna çevrilib.
Versus.Az bildirir ki, 95,5 milyard dollarlıq varidata malik Geyts axşam saatlarında Sietl şəhərində "Dick's Drive-In" fastfud restoranının önündə növbəyə durarkən fotosu çəkilib.
Fotonu Microsoft korporasiyasının sabiq əməkdaşı Maykl Qalos Facebook profilində paylaşıb.
Bill Geyts "Burgermaster" fastfud şəbəkəsinin pərəstişkarı kimi tanınır.
Ötən il o, evsiz-eşiksizlərə yardım fondlarına 500 milyon dollar bağışlayıb.
Versus.Az
Xəbər lenti
Azərbaycanın daha bir qələbəsi
“Ermənistanın havadarlarının çabaları boşa çıxır”