Azərbaycanın qoşulduğu bu Konvensiyalar hansı imkanlar yaradır?

17:09 01-10-2022 | icon 627 | Cəmiyyət
Azərbaycanın qoşulduğu bu Konvensiyalar hansı imkanlar yaradır?

Vüqar Dadaşov: "Konvensiya Azərbaycan qanunlarının xaricdə işləməsi deməkdir"

 

Azərbaycan Ermənistana münasibətdə qeyd-şərtlə iki konvensiyaya qoşulub - “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiya və “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiya. Biri xaricdə təqdim ediləcək məhkəmə və qeyri-məhkəmə sənədlərinin ünvanlanan şəxsin nəzərinə vaxtında çatdırılmasını təmin etmək üçün müvafiq vasitələrin yaradılmasıdır. Digəri uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası üzrə dövlətlər arasında əməkdaşlığın təkmilləşdirilməsi.

 

Milli Məclisdə səsə qoyularaq qəbul olunub. Qeyd edilib ki, Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistan Respublikası ilə münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək.

 

"Uşaq və aliment, mülki və ticarət işləri üzrə, Azərbaycanın qoşulduğu Konvensiyalar hansı imkanlar yaradır?"

 

MCP SŞ-nın üzvü, hüquqşünas Vüqar Dadaşov Versus.az-a bildirib ki, mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiya beynəlxalq münasibətdə sözü gedən sahələr üzrə dövlətlərarası hüquqi normativ və prosedur qaydalarınını müəyyən etməklə nəticə etibarı ilə iqtisadi və ticarət əlaqələrinin daha da genişlənməsinə kömək edəcək. Eyni zamanda da, xarici dövlətlərlə qarşılıqlı investisiya qoyulması məsələlərində mümkün risklərin azaldılması və investisiya yatırımına, biznes, sahibkarlıq fəaliyyətinin daha da genişlənməsinə müsbət təsir edəcək.

 

"Bu Konvensiyaya qoşulmaqla Azərbaycan həm daxili iqtsadi, sosial vəziyyətin yaxşılaşmasına və həm də qarşılıqlı investisiya, ticarət, biznes risklərinin hüquqi mexanizmlərlə sığortalamış kimi olur. Təbii ki, Azərbaycan dövləti “Mülki və ya ticarət işləri üzrə məhkəmə və qeyri-məhkəmə sənədlərinin xaricdə təqdim edilməsi haqqında” Konvensiyaya qoşulmağı müsbət nəticələr vəd edir.

 

O ki, qaldı “Uşaqlara görə alimentin tutulması və ailənin saxlanılmasının digər formalarının beynəlxalq qaydası haqqında” Konvensiyaya, etiraf etmək lazımdır ki, bu Konvensiyaya qoşulmağa ehtiyac var idi. Son dövrlərdə Azərbaycan vətəndaşlarının əcnəbilərlə nigah münasibətlərinin artması doğulmuş uşaqların, anaların maraq və mənafelərinin qorunmasında müəyyən çətinliklər özünü aşkar göstərirdi. Xarici dövlətlərin vətəndaşlardan alimentin tutulmasının təmin edilməsi məsələsində bu konvensiyanın yaratdığı imkanlar çox genişdir.

Məsələyə təkcə uşaq, aliment prizmasından baxmaq da düz deyil belə ki, Konvensiya məhkəmə qərarlarının icrasını təmin etməklə yanaşı həm də Azərbaycan qanunlarının xaricdə işləməsi deməkdir yəni, Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını, mənafelərini xarici dövlətlərdə də qorumaq imkanı əldə edir. Bu isə o deməkdir ki, Azərbaycan beynəlxalq hüquqa əsaslanmaqla öz qüdrətini də nümayiş etdirir.

Azərbaycanın qeyd etdiyimiz Konvensiyalara qoşulması onun artan imicinə də müsbət təsir edəcək. Güclü dövlət həm də o dövlət sayılır ki, o öz vətəndaşının hüquq və maraqlarını xarici dövlətlər daxilində də qoruya bilir. Bu mənada Azərbaycan həm də öz gücünü nümayiş etdirir".

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO