Yılmaz Özdil – QADIN (II)

19:00 18-11-2017 | icon 861 | Ədəbiyyat
Yılmaz Özdil – QADIN (II)

GÜLSÜM

/Tərcümə: Rüfanə Günəş/

Narahat olma Gülsüm ana… Bərkini dünyalar gözəlimiz Kəriman Xalis Ecə Fəriköy qapısında qarşılayacaq.
Xoşgəldin, balam- deyəcək
Məktəbdən gəldiyi vaxtdaki kimi qucaqlayacaq.
Ona analıq edəcək.
Əli Sami Yen əmisi qolunun altında futbol topuyla nəfəs-nəfəsə qaçacaq. Deyəcək ki, qazozuna yapon futbolu oynayaq? O dəqiqə bu tərəfdən babası Erol Günyadın səslənəcək. O qara qaşlı gözəl üzünü güldürmək üçün ayı yoqi təqlidi edəcək.

Unudulmazların qəbirstanlığıdır Fəriköy.
Bərkin də unudulmayacaqdır.

Saleh Birsəldən şeirler dinləyəcək, uşaq ədəbiyyatının ən məşhur nümay

əndələrindən biri olan Güngör Gəncay yanında oturacaq. “Aya səyahət”, “Balıqlar ovası”, “Barıt yüklü ulduzlar”ı oxuyacaq.
Kərimə Nadir xalası ordadır. Ona kitablarını verəcək. Fatma Aliyə bibisi də ordadır. Hans ki, Türkiyə ədəbiyyatının ilk qadın roman yazarı və 50 TL[1] pul vahidinin üstündə şəkli olan  Fatma Aliyə. Bərkin oxuyanda, saçını oxşayacaq.
Pul sözünü  eşidəndə sevimli fırıldaqçı Səlçuk Parsadan da ortaya atılacaq. Onun o qədər təsirli hekayələri var ki, Bərkini gülməkdən yerlərə yatacaq, qəhqələrində boğulacaq. Deyəcək ki, bugünki  siyasi fırıldaqçıların yanında mən çırağ da ola bilmərəm.
Zəlzələ dədə də ordadır, professor Əhməd Metə Işıqara. O da çoxdan yoxlayıb yatacaqları yerən zəminini, sağlam olduğu şübhəsizdir. Mehri Bəlli oradadır, köhnə tüfək həm millətin demokratiya tarixini, həm də uğursuz talehini  Bərkinə bir-bir danışacaqdır.Nahid Fıratlı bacısı da ordadır. Necə qadın idi, qardaşım?
Necə eşq yaşamışdı Orxan Vəli ilə?
Böyük şairə bu misraları yazdırmışdı:

Heç birinə bağlanmadım
Ona bağlandığım qədər
Sadə qadın deyil, insan.
Nə nəzakət yoxsulu
Nə də mal-mülkdə gözü var.
Azad olsaq deyir.
İnsanları sevməyi bilir.
Yaşamağı sevdiyi qədər.
Off, of, Bərkinə danışacaq…
Fırtınal həyatını, insanlığını, sevdasını.

Yeşilcamda yeri doldurula bilməyən, Vahi Öz, əfsanə şapşal uşaq Cavad Qurtuluş orada. Qədir Savun, Mualla Sürər, Turqut Özatay, Minə Mutlu, Reha Yurdaqul orada. Ailə kimi bağırlarına basacaqlar. Bərkinə Ağ-qara dönəmdəki Türkiyənin nə qədər rəngarəng olduğunu izlədəcəklər.
Teatr istəsə səhnə hazırdır. Pərdə açılır, Zəfər Önən, Əkrəm Dümər, Əngin İnal, Birsən Kaplanqı, Ünal Gürəl, siyahı çok uzundur, iz qoyan əməkdar insanlar oradadır.

 

Unudulmazlar qəbirstanlığıdır Fəriköy.
Bərkin də əsla unudulmayacaq.
Sənə gəlincə usda.
Xatırlanmaq belə istənməyəcəksən.
Yatacaq yerin yoxdur, biləsən.
Tüpürməsinlər deyə məzar daşına
Toma gözləyəcək başında.

Gülsüm Əlvan

Bərkin son nəfəsini verdi. Rəcəb Tayyib Ərdoğan seçim kampaniyası üçün gəzirdi. Gaziantep mitinqində kürsüyə çıxdı: “Çox qəribədir, anası məni günahlandırır. Övladımın qatili prezidentdir deyir. Övladının məzarına dəmir toplar atmağını da anlaya bilmədim. O dəmir topları niyə məzara atırsan nə mesaj vermək istəyirsən?”. Medyanda olanlar “yuuuuhhhh” deyə bağırdılar. Tariximizdə ilk dəfə, övladı polis tərəfindən öldürülən ana prezident tərəfindən yuuuhhh səsələrini tutturulurdu. Bəs, o dediyi məzara atılan dəmir topların nə olduğu haqqında Bərkinin atası Sami Əlvan açıqlama verdi.
– Uşağım misked oynayacağı yaşda öldü. Anası oyun oynasın deyə rəngli şüşə daşları məzarına qoydu.
Türkiyə utandığından yerin dibinə girdi, Tayyib Erdoğanın vecinə olmadı.

(ardı var)

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı