Qəzənfər Paşayevin yeni kitablarının təqdimat və İMZA MƏRASİMİNDƏ

12:07 11-10-2022 | icon 345 | Cəmiyyət
Qəzənfər Paşayevin yeni kitablarının təqdimat və İMZA MƏRASİMİNDƏ

MM Mədəniyyət komitəsinin dəstəyi ilə Əməkdar elm xadimi Prof.Dr. Qəzənfər Paşayevin "Seçilmiş əsərləri" 10 cildliyinin və yeni çıxmış digər kitablarının təqdimat və imza mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, mərasim Vlll Beynəlxalq Kitab Sərgisi çərçivəsində Ekspo Mərkəz"in "NATƏVAN" Təqdimat zalında baş tutub.

 

Mərasim çərçivəsində elm, təhsil, maarif, türkologiya, ədəbiyyat, mədəniyyət və digər yaradıcıliq sahələri uzrə fikir mübadiləsi aparılıb.

 

Q.Pasayevin adı ilə sıx bağlı olan Azərbaycan İraq-türkmanşünaslığı (başqa sozlə, Kərkükşünaslıq məktəbi) ilə bağlı da fikir mübadiləsi aparılıb. Prof.Dr. Şirindil Alışanov, MM Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və digər çıxışçılar Qəzənfər Paşayevin həyat və yaradıcılığının ayrı-ayrı məqamlarına toxunub, ürək sözlərini bölüşüb.

 

Qeyd edək ki, professor Paşayevin kitablarının satışından əldə olunan bütün gəlir "Məktəblərə kitab bağışı" kampaniyasına və uzun illərdir sonsuzluq problemindən əziyyət çəkən 4 ailəyə övlad sevinci bəxş etmək üçün onlara bağışlanılacaq.

 

Q.Paşayev təqdimat və imza mərasiminə qatılan, onun həyat və yaradıcılığından söz açan, eləcə də, xeyirxah aksiyaya dəstək verən ziyalılara təşəkkür edib, ürək sözlərini bölüşüb.

 

 

PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

Aylıq minimum əməkhaqqı saatlıqla əvəz edilə bilər

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Naxçıvanda ölən tələbələrlə bağlı daha bir AÇIQLAMA

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

COP29-la bağlı parlament seçkisi irəli çəkilə bilər

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO