Süni yolla dağılan planet qeyri-təbii yolla xilas ediləcək

10:39 12-10-2022 | icon 409 | Maraqlı
Süni yolla dağılan planet qeyri-təbii yolla xilas ediləcək

ABŞ-ın Kaliforniya ştatında San Dieqo körfəzi sahillərində qəribə kürəşəkilli beton konstruksiyalar peyda olub. Sosial şəbəkələrdə bununla bağlı fotolar paylaşılıb.

 

Sonradan ekoloqlar qəribə strukturların açıqlamasını veriblər. Məlum olub ki, bu kürələr istiridyə rifləri üçün süni baza kimi hazırlanıb. Onların fikrincə bununla okeanların xilasına töhfə vermək mümkün olacaq.

 

Alimlər bildiriblər ki, sferik strukturlar sement, qum və əzilmiş mollyuska qabıqlarının qarışığından ibarətdir - sonuncu komponent canlı istiridyələri cəlb edir, onlar özlərini obyektlərə bağlayır və orada öz koloniyalarını təşkil edirlər.

 

Mütəxəssislərin fikrincə, təxminən bir ildən sonra bu içiboş strukturlar çoxlu çanaq və lillə örtüləcək.

 

San Dieqo limanının ətraf mühitin mühafizəsi idarəsindən bildirilib ki, süni sualtı qayalıqlar sahilləri eroziyadan qoruyur, orada yaşayan mollyuskalar isə suyu süzərək dəniz ekosisteminin normal fəaliyyətinə töhfə verir.

 

Məlumata görə, bir istiridyə gündə təxminən 190 litr suyu süzür, bu onu daha az bulanıq edir; bu isə sualtı bitki örtüyünün və canlıların inkişafına kömək edir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Seçkiöncəsi ŞOK

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq