Qənirə Paşayeva qanunvericilikdə yaranmış boşluqların aradan qaldırılmasını təklif edib

13:24 17-11-2017 | icon 570 | Sosial
Qənirə Paşayeva qanunvericilikdə yaranmış boşluqların aradan qaldırılmasını təklif edib

“Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyev hər zaman Milli Qəhrəman və şəhid ailələrinə xüsusi diqqətlə yanaşır. Bir sıra bölgələrimizdə Milli Qəhrəmanlarımızın xatirəsinə mərkəzi yerlərdə büstləri qoyulub ki, bu da qəhrəman şəhidlərmiz qarşısında vəfa borcumuz olmaqla yanaşı, gənc nəsillərin vətənpərvərlik ruhunda böyüməsi üçün çox önəmlidir”.

Versus.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva səsləndirib.

Millət vəkili vurğulayıb ki, qanunvericilikdə ortaya çıxan bir ziddiyyət bəzi bölgələrdə mərkəzi yerlərə Milli Qəhrəmanlarımızın büstlərinin yerləşdirilməsi üçün ciddi sual yaradıb və bunun aradan qaldırılması lazımdır:

“1997-ci ildə qəbul olunmuş “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunda qeyd olunur ki, büstlər 2 dəfə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülənlərə qoyulur. Amma 1992-ci ildə qəbul edilmiş “Azərbaycanın Milli Qəhrəmanı” adı haqqında Əsasnamənin təsdiq edilməsi barədə qanunda qeyd edilir ki, Azərbaycanın Milli Qəhrəmanı adı eyni şəxsə 1 dəfə verilir. Yəni bu qanuna əsasən 2 dəfə Azərbaycanın Milli Qəhrəmanı adı almaq mümkünsüzdür. “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunda deyilir ki, büst 2 dəfə Milli Qəhrəman adına layiq görülənlərə qoyulur, bu, çox ciddi ziddiyyətdir və bir sıra bölgələrdə Milli Qəhrəmanlara mərkəzi yerlərdə büstün qoyulması məsələsinə təsirini göstərir. Ona görə də təklif edirəm ki, bu qanunda 2 dəfə adını götürək. Bu zaman 2 qanun arasında ziddiyyət də aradan götürüləcək və Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş hər bir qəhrəmanımıza büstün qoyulması məsələsi birmənalı şəkildə öz həllini tapmış olacaq. Eyni zamanda müxtəlif bölgələrdə Milli Qəhrəman ailələri arasında yaranmış narahatlıq da aradan qaldırılacaq”.

Q.Paşayeva bildirib ki, torpaqlarımız uğrunda fədakarcasına vuruşan, xidmət göstərən, canını və sağlamlığını qurban verən bütün Milli Qəhrəmanlarımıza, özəlliklə şəhid olmuş Milli Qəhrəmanlarımıza bölgələrdə büstlərinin qoyulması sadəcə bu ailələr üçün deyil, bütün cəmiyyətimiz üçün lazımdır və gənclərimiz arasında hərbi vətənpərvərlik ruhunun yüksəldilməsinə də öz təsirini göstərər:

“Dövlətimizin hər zaman Milli Qəhrəmanlarımıza, ailələrinə və şəhid ailələrinə daim diqqətini nəzərə alaraq qısa zamanda bu məsələnin həllinə tapmasına inanıram”.

ARU
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

Klipi üçün 10 kilo çəki atdı

Nəsibə Zeynalovanın doğum günüdür