Mərc yarışı, reklamı və təşviqi

07:59 17-10-2022 | icon 500 | Cəmiyyət
Mərc yarışı, reklamı və təşviqi

Partiya sədri: "Ölkədə qumar qadağandır, lotereya isə keçirilir"

 

”Azərlotereya” ASC-nin qumar təşviqi məktəbliləri də yoldan çıxarmağa başlayıb. Artıq “Poz, qazan” şagirdləri pozmağa yönəlib. Bu haqda gələn narazılıqlardan belə məlum olur ki, məktəblilər dərslərdən yayınır, yaxud dərsdən sonra bu oyunlara aludə olurlar. Bu isə şagirdlərin qumara cəlb olunması, azyaşlıların psixologiyasının pozulması deməkdir. Hətta onların arasında kimisi aludəçi, kimisi təsir altına düşərək asılı ola bilər. Ümumən 18 yaşına çatmamış şəxslərə bu oyunlar qadağandır. Amma “Azərlotereya” elə təbliğ edir ki, böyükdən kiçiyə hamı buna cəlb olunur.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev qeyd edib ki, əgər belə hallar mövcuddursa, dərhal araşdırma başlanmalı, hüquqi tədbirlər görülməlidir. ALDP sədri hesab edir ki, bu yolverilməz haldır və məktəblilər zərərli vərdişlərdən kənar olmalıdır:

 

 

“Amma cibindəki 1 manatı kupona verirsə, həmin satıcı da pul qazanmaq hərisi ilə onu satırsa, qanun çərçivəsində addım atılmalıdır. Ölkədə qumar qadağandır, lotereya isə keçirilir, dünyada belə oyunlar var, amma qaydalar müəyyənləşib, məhdud çərçivədə fəaliyyət göstərirlər. Bizdə isə hara baxsan mərc yarışı gedir, reklamı və təşviqi aparılır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq