Bu rayonda Şəhidlər Xiyabanına gedən yol zibilxanaya çevrilib

17:07 19-01-2019 | icon 580 | Sosial
Bu rayonda Şəhidlər Xiyabanına gedən yol zibilxanaya çevrilib

 

Qax rayonunda Heydər Əliyev prospekti ilə Natavan küçəsinin kəsişməsində zibil əlindən tərpənmək mümkün deyil.


 
Versus.Az xəbər verir ki, bunu Qlobal.az-ın elektron poçtuna ünvanladıqları şikayət məktubunda sakinlər yazır.
 
Sakinlərin bildirdiyinə görə qeyd olunan ərazidə zibil qutusunun bir dənə olmasına görə məişət tullantıları ətraf ərazilərə səpələnir.


 
Sakinlər yazır:

"Şəhərin gözəlliyinə xələl gətirən acınacaqlı durum barədə dəfələrlə Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəhbərliyinə müraciət etmişik. Ancaq Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Eldəniz Şabanov hər dəfə bizə rayonda zibil qablarının çatışmadığını deyir".
 

Küçəyə səpələnmiş zibilə görə azyaşlı uşaqlarını gəzməyə buraxmayan sakinlər daha sonra yazır:

"Burada baş verənlər antisanitariya yaratmaqla bərabər, həm də, utancverici bir haldır. Zibil qabının qoyulduğu yerdən 10 metr aralı Şəhidlər Xiyabanı yerləşir. İyirmi Yanvar faciəsinin ildönümü ərəfəsində şəhər rəhbərliyinin yaranmış vəziyyətə biganə qalması bizi məcbur etdi ki, xoşagəlməz hadisəni ictimailəşdirək".

 
Qax rayon İcra Hakimiyyətindən sakinlərin şikayətinə münasibət bildirilmədi.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı