Bu müsabiqə SİYASİLƏŞİB

09:58 19-10-2022 | icon 406 | Cəmiyyət
Bu müsabiqə SİYASİLƏŞİB

Lalə Quliyeva: "Azərbaycanın siyasiləşmiş yarışmada iştirakına ehtiyac yoxdur"

 

“Son illərdə "Avroviziya" mahnı müsabiqəsindəki qalmaqallar bitmək bilmir. Turin şəhərində keçirilən son musabiqəsinin qalibi, çoxların fikrincə zəif çıxış edən Ukrayna oldu. Ekspertlər bunu Ukrayna-Rusiya munaqişəsinin təsiri olduğunu bildiriblər”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Qadınlar Şurasının sədri Lalə Quliyeva bildirib.

 

 

Onun sözlərinə görə, son yarışmalarda keçirilən səsvermələrin saxtalaşdırılması məsələlər üzə çıxıb. Buna görə də yarışmada iştrakdan imtina edən ölkələrin sayı artmaqdadır:

 

“Səbəb kimi isə yarışmanın ikili standartlara söykəndiyi, səsvermənin saxtalaşdırılmasıdır. Türkiyə səsvermə sistemində ədalətsizlik olduğu üçün yarışmada iştirakdan imtina etdi və 2013-cü ildən "Avroviziya"ya qatılmır. İndi isə Monteneqro, Bosniya və Herseqovina, Şimali Makedoniya və Bolqarıstan Liverpulda təşkil olunacaq müsabiqədə iştirak etməyəcəyini açıqlayıblar”.

 

Lalə Quliyeva hesab edir ki, bu müsabiqədə Azərbaycanın iştrakı ölkəmizə heç nə verməyəcək:

 

"Gəlin özümüzü aldatmayaq. Siyasiləşmiş bir yarışmada qalib gələcəyiməz nə dərəcədə inandırıcıdır? Artıq müsabiqədə səslənən mahnıya yox, təmsil etdiyin ölkəyə kimlərinsə simpatiya etdiyindən asılıdır. Belə olan halda Azərbaycanın siyasiləşmiş yarışmada iştiraka ehtiyac varmı? Məncə yox”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”

BMT-də Fələstinlə bağlı səsvermə