“Möhtəşəm Qarabağ” kolleksiyası - TƏQDİMAT

11:39 19-10-2022 | icon 368 | Cəmiyyət
“Möhtəşəm Qarabağ” kolleksiyası - TƏQDİMAT

Qarabağ Dirçəliş Fondu bu gün Bakı Ekspo Mərkəzində işinə başlayan və artıq ikinci dəfə təşkil olunan “Rebuild Karabakh 2022” sərgisində üzərində Qarabağın simvolları təsvir olunan “Incredible Karabakh” “T-shirt” kolleksiyasını təqdim edib.

 

Heç şübhəsiz, Qarabağ deyiləndə ilk olaraq ağla məhz sadaladığımız tarixi abidələrimiz və mədəniyyətimizin inciləri gəlir. Çünki biz xalq olaraq tək Qarabağı deyil, həm də onu bütün dünyaya tanıtdıran möhtəşəm rəmzlərinə dəyər veririk.

 

Qarabağın özəlliyini, ona xas mədəniyyət incilərini təşviq etmək niyyəti ilə hazırlanan “T-shirt” kolleksiyasının üzərində Qarabağın ayrı-ayrı bölgələrinə xas olan simvollar – Vətən müharibəsində qələbəmizin rəmzinə çevrilən Xarı-bülbül, möhtəşəm Şuşa və Əsgəran qalaları, məğrurluq və cəsarətlilik simvolu sayılan Laçın quşu, Kəlbəcərin əzəmətli dağları, şöhrəti dünyaya yayılmış Qarabağ atı, görkəmli şair və filosofumuz Füzuli, xalqımızın milli sərvəti olan Xudafərin və Laləzar körpüləri, Zəngilanın məşhur Çinar ağacı, Xankəndinin əsasını qoyan İbrahimxəlil xan, qədim yaşayış düşərgəsi olan Azıx mağarası kimi rəmzlərimiz təsvir olunub.

 

Qeyd edək ki, kolleksiya yaxın gələcəkdə Fondla əməkdaşlıq edən şirkət tərəfindən satışa çıxarılacaq. Satışdan əldə olunan gəlirin bir hissəsi isə Qarabağ Dirçəliş Fonduna ianə ediləcək və həmin vəsait Qarabağın bərpası və yenidən qurulması istiqamətində həyata keçirilən layihələrə sərf olunacaq.

 

Beləliklə, kolleksiyadan məhsul alan hər bir şəxs Qarabağın rəmzini öz üzərində qürurla daşımaqla yanaşı, Qarabağın bərpasına dəstək vermiş olacaq.

 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq