“Qəhrəman şəhidlərimizin bölgələrdə xatirəsi əbədiləşdirilsin”

13:23 17-11-2017 | icon 551 | Sosial
“Qəhrəman şəhidlərimizin bölgələrdə xatirəsi əbədiləşdirilsin”

“Düşmən əlinə keçməmək üçün özlərini partladan 7 qəhrəman kəşfiyyatçı şəhidimizin və ölümündən sonra orden və medalla təltif olunan qəhrəman şəhidlərimizin bölgələrdə xatirəsi əbədiləşdirilsin”.

Versus.Az xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva bununla bağlı məsələ qaldırıb:

“Bu qəhrəman şəhidlərimizin ailələri ilə görüş zamanı onlar xahiş etdilər ki, onların övladlarının adı küçələrdən, meydanlardan, məktəblərdən, təşkilat və müəssisələrdən birinə verilərək əbədiləşdirilsin. Ümummilli liderimiz Heydər Əliyev bu qəhrəman şəhidlərimizi yüksək qiymətləndirərək onları “Azərbaycan Bayrağı” ordeni ilə təltif etmişdir. “Azərbaycan Bayrağı” ordeni statusuna görə ən ali ordenlərdən biridir. Ailələrin xahiş və təkliflərini burda səsləndirmək istəyirəm. 1997-ci ildə qəbul olunmuş “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanunda küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə azı 2 ordenlə təltif olunanların adların verilməsi vurğulanır. Qanunun bu maddəsinə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və ali hərbi mükafata layiq görülənləri də əlavə edək. Bu gün bölgələrimizdə çoxlu sayda küçələr, meydanlar var, bu küçə və meydanlara qəhrəman şəhidlərimizin adlarının verilməsi sadəcə onların ailələri üçün deyil, bütün cəmiyyətimiz üçün də vacib bir məsələdir.

Cənab Prezidentin daima şəhidlərimizə və qəhrəmanlarımıza yüksək səviyyədə münasibətini xüsusi vurğulayaraq inanıram ki, 1997-ci ildə qəbul olunmuş “Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında” qanuna bir sıra əlavələr ediləcək və bölgələrdə küçələrə, meydanlara, məktəblərə, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə Vətən uğrunda döyüşlərə görə ölümündən sonra bir dəfə ordenə layiq görülmüş qəhrəmanların adlarının da verilməsi qanunda öz əksini tapacaq və yaxın zamanda həyata keçəcək. Qəhrəman şəhidlərimizin ailələri Milli Məclisdə bu xahiş və təkliflərini çatdırmağımızı xahiş etdilər və biz bu təklifin əsaslı olduğunu nəzərə alaraq inanırıq ki, Milli Məclisdə qısa zamanda bu istiqamətdə addımlar atılacaq”.

Q.Paşayeva eyni zamanda həmin kəşfiyyat dəstəsindən yalnız bir nəfər yaralı xilas olub:

“Həmin xəstə qardaşımıza daha yüksək səviyyədə qayğının göstərilməsi vacibdir”.

Ləman

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı