"20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu"

16:15 20-01-2019 | icon 357 | Siyasət
"20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu"

 

Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu.

 

Versus.Az xəbər verir ki, bu barədə Brüssel Avropa Tədqiqat İnstitutunun Mədəni diplomatiya kafedrasının rəhbəri, professor Naciye Selin Şenocak bildirib.

Onun sözlərinə görə, həmin anda Azərbaycan xalqı müdafiəsiz idi:

 

"20 yanvarda sovet hakimiyyəti qanlı divan tutaraq Azərbaycan xalqını müstəqillikdən məhrum etmək istəyirdi".

 

S.Şenocak qeyd edib ki, 20 yanvarda bütün dünyanın, həmçinin Qərbin susduğu qanlı faciə baş verib:

"Bütün bunlara baxmayaraq, 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində qəhrəmanlıq səhifəsi oldu".

 

Ekspertin sözlərinə görə, bu gün Azərbaycan torpağının təxminən 20 faizi erməni işğalı altındadır:

"ATƏT, həmçinin BMT Dağlıq Qarabağ məsələsində qətiyyətli hərəkət etməyənə qədər, Ermənistan dünya ictimaiyyətinə məhəl qoymayacaq və öz işğalçı siyasətini davam etdirəcək".

 

O daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin uğurlu siyasəti Azərbaycanı Avrasiyanın parlaq ulduzuna çevirib:

"Dünyanın erməni təcavüzünə göz yummasının əsas səbəbi Azərbaycanın regionun güclü dövləti olmasına mane olmaqdan ibarətdir".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Xalq artistlərinin möhtəşəm gecəsi

Ermənistanın buqələmun siyasəti

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı