Rusiya ictimai rəydə özü haqda müsbət xal qazana bilmir - SƏBƏB?

08:27 24-10-2022 | icon 430 | Geopolitika
Rusiya ictimai rəydə özü haqda müsbət xal qazana bilmir - SƏBƏB?

Nizami Verdiyev: "İndi özü Azərbaycan cəmiyyətinin rəğbətini qazanmaq üçün çalışmalıdır"

 

Rusiya postsovet məkanında bir çox ölkələrlə münasibətlərdə gərginlik yaşadığı zamanda Azərbaycanla son dərəcə isti əlaqələr var. Həmçinin işğal edilmiş ərazilərin azad olunmasında Rusiya qarşımıza maneə kimi çıxmadı. O zaman niyə Rusiya ictimai rəydə özü haqda müsbət xal qazana bilmir?

 

Versus.Az xəbər verir ki, məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin katibi Nizami Verdiyevin fikrincə, Rusiyadan daha çox ABŞ işğal siyasəti yürüdüb: 

 

 

“Əfqanıstanı 20 il məhv etdi, İraqda qan su yerinə axdı, minlərlə insan həyatını itirdi, Ukraynanı NATO-ya üzv etmədilər, əvəzində qonşusu ilə bəlaya saldılar, ”ərəb baharı" ilə Suriyanı, Liviyanı viran qoydular. Amma amerikalıların etdikləri heç kəsin gözündə imperializm siyasəti kimi görülmür. Adını demokratiya uğrunda mübarizə qoyurlar".

 

N.Verdiyev hesab edir ki, Rusiya indi özü Azərbaycan cəmiyyətinin rəğbətini qazanmaq üçün çalışmalıdır:

 

"Əgər Qarabağ məsələsində tamamilə bütün bəndlər icra edilsə, 9 noyabr sənədi yerinə yetirilsə, sərhədlər tanınsa, regionda nəqliyyat xətləri işə düşsə, Rusiyanın imici yüksələcək. Bundan əlavə, azərbaycanlılar bu ölkədə çörək qazanır, ölkəyə kapital gətirir və Rusiya dövləti onlara heç bir problem yaratmır, qarşısını kəsmir. Ona görə Qərbin apardığı təbliğat işinin də burada təsirlərini görmək lazımdır".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Dubayda qeyri-adi sərgi

Azərbaycanda yeni peyvənd VURULACAQ

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB