“Azərbaycanlı Prometey - Fərman Salmanov. Sibir neftinin kəşfi” MUZEYDƏ

12:00 22-10-2022 | icon 312 | Cəmiyyət
“Azərbaycanlı Prometey - Fərman Salmanov. Sibir neftinin kəşfi” MUZEYDƏ

Oktyabrın 21-də Milli Azərbaycan Tarixi Muzeyi və Xantı-Mansiysk Muxtar Dairəsi – Yuqranın Geologiya, neft və qaz muzeyinin (Rusiya Federasiyası) birgə layihəsi çərçivəsində məşhur azərbaycanlı geoloq, görkəmli alim, geologiya-mineralogiya elmləri doktoru, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı Fərman Qurban oğlu Salmanova həsr olunmuş “Azərbaycanlı Prometey - Fərman Salmanov. Sibir neftinin kəşfi” adlı fotosərginin açılış mərasimi keçirilib.

 

Versus.Az xəbər verir ki, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı, AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev, Neft və Qaz İnstitutunun baş direktoru akademik Fəxrəddin Qədirov, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini, t.ü.f.d. Cəbi Bəhramov, Filologiya elmləri doktoru, professor Tofiq Məlikli, Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzinin əməkdaşları və tələbələri, Bakı şəhərində yerləşən “Rusiya Evi”nin rəhbəri İrek Zinnurov, SOCAR-ADNSU Elm və Tədris Mərkəzinin əməkdaşları və tələbələri, Fərman Salmanovun ailə üzvləri, muzey əməkdaşları və KİV nümayəndələri iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan akademik Nailə Vəlixanlı sərginin əhəmiyyəti barədə ətraflı çıxış edib. Akademik məşhur azərbaycanlı alim Fərman Salmanovun həyat yolundan və neft kəşfiyyatı sahəsində olan xidmətlərindən danışıb.

 

Coğrafiya elmləri namizədi İvan Yaşkov ilk olaraq Geologiya, neft və qaz muzeyinin direktoru A.V.Pankov adından akademik Nailə Vəlixanlını salamladı.

 

Daha sonra həmin muzeyin fondunda qorunan Fərman Salmanova aid materialların mühafizəsi və elmi dövriyyəsi haqqında ətraflı məlumat verib.

 

Tədbirdə akademiklər- İ.Quliyev, F.Qədirov və professor T.Məlikli Fərman Salmanovla bağlı xatirələrini bölüşüblər.

 

Azərbaycan neftinin tarixi əhəmiyyəti və rolu barədə çıxış edən t.ü.f.d. C.Bəhramov, həmçinin, F.Salmanovun Sibir neftinin tarixinə verdiyi töhvələri də xüsusi vurğuladı.

 

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində fəaliyyət göstərən Fərman Salmanov adına SOCAR-ADNSU Elm və Tədris Mərkəzi haqqında məlumat verən dosent A.Babayev qeyd edib ki, universitetimizin ən yüksək göstəriciləri olan tələbələrinə “Fərman Salmanov adına təqaüd” təqdim olunur.

 

Tədbirdə “100 ilin adamları” layihəsi çərçivəsində çəkilmiş “Geoloq Fərman Salmanov” adlı sənədli film də nümayiş olunub (filmin layihə rəhbəri: Fəxrəddin Həsənzadə, filmin müəllifi: Hüseyn Cavadzadə).

 

Sonda tədbir iştirakçıları fotosərgini ziyarət ediblər. Sərgidə Qərbi Sibirin Tümen vilayətində nəhəng neft və qaz yataqlarını kəşf etmiş görkəmli alimin həyat və fəaliyyətini əks etdirən 55 unikal foto nümayiş olunub.

 

 

Ayəndə Dadaşova
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Gürcüstanda vəziyyət daha qəlizdir"

“Avroviziya 2003"-ün qalibi Bakıya gəlir

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Xalq artisti 23 ildən sonra bunu etdi - VİDEO

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

COP29 çərçivəsində növbəti GÖRÜŞ

"Azərbaycan mümayiş etdirdi ki, müstəqildir, milli maraqlarımıza xidmət edən siyasət yürüdür"

DİN və ANAMA-dan mina təhlükəsi ilə bağlı MÜRACİƏT

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

“WhatsApp” dizaynını tamamilə DƏYİŞDİ

“Avro-2024”ün rəsmi mahnısı belə olacaq - VİDEO

Natəvanın heykəli Parisdə yenidən UCALDILDI

BMT-də Fələstinlə bağlı səsvermə

“Qərb Rusiya ilə mübarizədə çarəsiz vəziyyətdədir”