Uşaq bağçasının sabiq müdiri ərzaqdan 12 min manat “qazanıb”

11:31 26-10-2022 | icon 495 | Təhsil
Uşaq bağçasının sabiq müdiri ərzaqdan 12 min manat “qazanıb”

Tərtər rayon Bayandur kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Nərgiz Bağırovanın cinayət işi baxılması üçün məhkəməyə göndərilib.

 

Bu barədə Tərtər Rayon Prokurorluğu məlumat yayıb.

 

Qeyd olunub ki, Tərtər rayon Bayandur kənd körpələr evi-uşaq bağçasının sabiq müdiri Nərgiz Bağırovanın işlədiyi dövrdə qanunsuz hərəkətlərə yol verməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Aparılan araşdırmalarla müəyyən edilib ki, Nərgiz Bağırova vəzifəli şəxs kimi 1 yanvar 2017-ci il tarixdən 1 yanvar 2022-ci il tarixə kimi olan dövrdə körpələr evi-uşaq bağçasına davamiyyəti olmayan ayrı-ayrı şəxslərin adlarının tərtib olunmuş menyularda qeyd olunaraq artıq ərzaq məhsullarının məxaricə silinməsi, təmir işlərinin aparılması məqsədilə ayrılan pul vəsaitinin təyinatından yayındırılması və digər qanunsuz yollarla ümumilikdə 12 min 59 manat məbləğində pul vəsaitini qəsdlə mənimsəməklə talayıb.

 

Bundan başqa, Tərtər Rayon İcra Hakimiyyəti başçısının Ələsgərli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin sabiq baş məsləhətçi-baş mühasibi Aslan Zamanov nümayəndəlikdən maliyyələşən Tərtər rayon Bayandur və Yenikənd körpələr evi-uşaq bağçalarının işçilərinin 2017-2020-ci büdcə illəri ərzində əməkhaqqıları hesablanarkən onlara ödəniləcək əməkhaqqı məbləğlərinin süni şəkildə azaldılması yolu ilə özünün əməkhaqqı ödənişi üzrə bank filialında olan hesabına 2 min 641 manat pulun köçürülməsi və digər yollarla ona etibar edilən ümumilikdə 3 181 manat pulu talayıb.

 

Toplanmış sübutlar əsasında Nərgiz Bağırovaya Cinayət Məcəlləsinin 179.2.3, 179.2.4 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla mənimsəmə), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), Aslan Zamanova isə CM-nin 179.2.3, 308.1 və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan edilib.

 

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Tərtər Rayon Məhkəməsinə göndərilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ