"Fransa səfiri boykot edilməli və..."-Açıqlama

13:03 21-10-2022 | icon 267 | Geopolitika
"Fransa səfiri boykot edilməli və..."-Açıqlama

 

Fransa XİN başçısı, prezidenti səviyyəsində verilən qərəzli və birtərəfli bəyanatlardan sonra Fransanın Azərbaycandakı səfirinin son məqaləsində yazdığı -“Aİ-nin sülh prosesinə fəal dəstəyi əvəzsizdir və Fransa prezidentinin iştirakı Praqada uğurlu nəticə əldə etmək üçün həlledici əhəmiyyətə malikdir...

Yaşasın Praqa ruhu!” deməklə, növbəti tamaşa sərgiləyib. Səfir Makronun son çıxışlarında Praqa yox, “Ermənistan ruhu” ilə çıxışını gözardına alsa da fakt ortada. Fransa həqiqətən regionda sülh istəyirsə, bu prosesə qarışmağa cəhd etməməlidir. Fransanın Azərbaycandakı səfiri Zaxari Qrosun “Praqa ruhu”nun yaşaması və Makronun danışıqlarda iştirakını və əldə olunmuş nəticələri az qala Fransanın “xüsusi xidməti” kimi təqdim etməsi nəyə yönəlikdir, səfir bizə hansı mesajını vermək istədi və cavabı nə olmalıdır?

 

 

Bu istiqamətdə Versus.az-a açıqlama verən siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, Fransanın Bakıdakı səfiri bu çıxışı ilə öz dövlət başçısının mövqeyini dəstəkləyib.  Onun fikrincə, işğalçını dəstəkləyən Fransanın mövqeyini ifadə edən səfir Zaxari Qrosun Azərbaycandan çıxarılmalıdır.  

 

“Biz Fransanın prezidenti Makronun Azərbaycanla bağlı qərəzli mövqeyini gördük. Fransa Praqada imzalanan bəyanatlardan sonra növbəti gün Ermənistanın yanında olduğunu bəyan edərək, Azərbaycanı haqsız olaraq qınayan münasibət ortaya qoydu. Fransanın sülh danışıqları prosesində rəsmi yer alması yanlış idi”.

 

Siyasi şərhçi hesab edir ki, səfir XİN-ə çağırılıb ciddi xəbardalıq edilməlidir.

 

“Fransa -Azərbaycan əlaqələri indiki məqamda böhranlıdır. Belə bir vəziyyətdə guya Fransanın sülhə dəstək verməsi bəhanədir, Ermənistanı dəstəkləməyə hesablanıb. Fransa Ermənistana dəstək verməklə və ədalətsiz mövqe ilə sülh prosesinin qarşısını alır. Fransa neytral mövqe tutmasa, beynəlxalq hüquq normaları çərçivəsində addım atmasa münasibətlər  daha da pisləşəcək. Əks halda, Bakıdakı Fransa səfiri boykot edilməli və ölkədən çıxması üçün ona vaxt verilməlidir”.

 

Ləmanı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ