Bakı metrosundakı faciədən 27 il ötür

10:10 28-10-2022 | icon 329 | Cəmiyyət
Bakı metrosundakı faciədən 27 il ötür

1995-ci il oktyabrın 28-də Bakı metrosunda baş vermiş qəzadan 27 il ötür. 

 

Rəsmi məlumatlarda qeyd edilir ki, “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 289 nəfər həyatını itirib.

 

Ölənlərdən 28-i uşaq, üçü xilasedici olub. Bundan başqa, qəza nəticəsində 270 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

 

Tələfatın böyük olması qatarın tuneldə alışması və xilasetmə əməliyyatının yetərsizliyi ilə bağlı olub. Elə qəzanın əsas səbəbi kimi də köhnə avadanlıqlarla təchiz olunmuş qatarın nasazlığı, habelə maşinistin səhv qərar verməsi göstərilir.

 

Hadisədə terror əməli aşkarlanmayıb və o, texniki qəza kimi qiymətləndirilib. Belə ki, uzun müddət məsələni araşdıran istintaq qrupu qəzanın baş verməsinin terror aktı olduğunu istisna edib.

 

Qəzanın sırf səhlənkarlıqdan baş verdiyi açıqlanıb. Maşinist qatarı tuneldə saxlayıb, insanlar isə təşviş içində vaqonlardan çıxıb qaçmağa başlayıblar. Havaçəkmə sistemi pis olduğundan tuneldəkilər hava çatışmazlığından və ayaq altında qalaraq ölüblər.

 

Aparılan araşdırma nəticəsində maşinistin qatarı tuneldə saxlamaq qərarı səhv sayılmışdı. Təhlükəsizlik qaydalarına riayət edilməməkdə günahlandırılan qatarın maşinisti və dispetçerə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

 

Qatarı tərk edənlərin çoxu sağ qalsa da, yanğın tarixin ən ölümcül qatar fəlakəti hesab olunur.

 

Hadisədən sonra Azərbaycanda üç günlük matəm elan olunub. 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Yüzlərlə balığın ölənə qədər fırlanmasının SƏBƏBİ

"Sülhməramlılarla bağlı səslənən iddialar absurddur"

"Kilsə Rusiyanın son variantı idi"

Direktor müavininin meyit basdırdığı ərazidən GÖRÜNTÜLƏR

Deputat siyasi partiyaların fəaliyyətindən DANIŞDI

Qarabağ Universitetinə mətbuat katibi AXTARILIR

Xalq artistindən gənclərə DƏSTƏK

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişafı - MÜZAKİRƏ

Ayda 376 manata mənzil almaq istəyənlərin NƏZƏRİNƏ