Deputatın parlamentdə bir günü

10:22 28-10-2022 | icon 401 | Cəmiyyət
Deputatın parlamentdə bir günü

"Partiya işi bu deyil, amma başqa yolumuz da yoxdur"

 
 
 

Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev parlamentdəki bir gününü şəxsi "facebook" hesabında təsvir edib.

 
 
Versus.Az axşam saatlarında iş otağından foto paylaşan millət vəkili, hələ də parlamentdəki kabinetində olduğunu bildirib:
 
 
"Xeyli məktubla məşğul oldum, xeyli araşdırılmağa ehtiyacı olan məktubları oxuyub kənara yığdım, 5 dövlət qurumu ilə telefonla danışıb seçici məsələlərini müzakirə etdim, ən azı 6 məsələ həllini tapdı və bir neçəsi də gözlənilir. Sonuncu görüşüm isə saat 23.00-ə təyin olunub. Bu günkü günümüz belə".
 
 
MCP sədri bildirib ki, partiya üzvləri onu görə bilmədikləri üçün şikayətçidirlər:
 
 
"Rəhbəri olduğum Milli Cəbhə Partiyasının rəhbər heyətindən tutmuş sıravi üzvlərinə qədər narazılıq edirlər ki, sizi görə bilmirik. Partiya rəhbərliyinə daxil olan şəxslər də sosial şəbəkələrdən mənə ünvanlanan məktublarla tanış olur və əlaqə saxlayırlar. Hüquq şöbəsi şikayətçiləri partiya ofisində qəbul edir və hər cür köməklik göstərir, şikayət məktubu yazır, məhkəməyə gedir, idarələrlə əlaqə saxlayır. Yəni bütün partiya ölkədə olan narazı şəxslərin sayını azaltmaqla məşğuldur. Hərçənd ki, partiya işi bu deyil. Amma başqa yolumuz da yoxdur. Ölkəyə xidmət etməliyik və edirik".
 
 
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Ulu öndərin işığında" - TƏQDİMAT

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Yüzlərlə balığın ölənə qədər fırlanmasının SƏBƏBİ

"Sülhməramlılarla bağlı səslənən iddialar absurddur"

"Kilsə Rusiyanın son variantı idi"

Direktor müavininin meyit basdırdığı ərazidən GÖRÜNTÜLƏR

Deputat siyasi partiyaların fəaliyyətindən DANIŞDI

Qarabağ Universitetinə mətbuat katibi AXTARILIR

Xalq artistindən gənclərə DƏSTƏK

Siyasi partiyalarla dövlət orqanlarının konstruktiv əməkdaşlığının inkişafı - MÜZAKİRƏ

Ayda 376 manata mənzil almaq istəyənlərin NƏZƏRİNƏ