“İstənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırıq”

16:30 31-10-2022 | icon 681 | Gündəm
“İstənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırıq”

Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş start götürüb.

 

Bu barədə Vesti.ru məlumat yayıb.

 

“Bakı və İrəvan arasında problem artıq uzun illərdir davam edir, nə vaxtsa buna son qoymaq lazımdır. Bilirəm ki, sizin bunun üçün siyasi iradəniz var. Biz bunu dəstəkləyirik. Nəqliyyat kommunikasiyalarının açılması həmçinin iqtisadiyyat və sosial sahənin inkişafı ilə əlaqədardır. Ən önəmlisi – sülhü təmin etmək və inkişaf üçün şərait yaratmaqdır. Ermənistan bizim strateji müttəfiqimizdir. Bu bizim üçün xüsusi vəziyyətdir. Üçtərəfli görüşdə hansısa razılaşmaların əldə ediləcəyinə ümidvaram”, - deyə görüşdə V.Putin bildirib.

 

Öz növbəsində görüşdə Nikol Paşinyan bildirib ki, Qarabağ məsələsində Ermənistanla Azərbaycan arasında münasibətlərin qurulması üzrə Rusiya layihəsinin təklif etdiyi yanaşma İrəvan üçün qəbulediləndir.

 

“Delimitasiya üzrə işlərin başlanmasından əvvəl iki ölkənin sərhədində təhlükəsizliyin artırılması lazımdır”, - deyə N.Paşinyan bildirib.

 

Paşinyan eyni zamanda vurğulayıb ki, - “Ermənistan istənilən vaxt Azərbaycanla regional kommunikasiyaları açmağa hazırdır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ