Yılmaz Özdil – “Qadın” (I)

20:19 16-11-2017 | icon 855 | Ədəbiyyat
Yılmaz Özdil – “Qadın” (I)

ƏLİF

/Tərcümə: Rüfanə Günəş/

Swisair təyyarəsi Zürixdən qalxmışdı.
Vaşinqtona gedirdi. Atlantik okeanının üzərindəydilər.

75 yaşındaki birinci sinif müştərisi,  oynaqlarını hərəkət ettirmək üçün dəhlizdə yeriməyə başlamışdı ki, keçmişdə gizli xidmət agenti olan cangüdəni yanına gəldi. Sifətinin rəngi dəyişmişdi, sadəcə ikisinin eşidə biləcəyi səs tonu ilə mırıldandı:
– Hörmətli başqan, iki təyyarə Dünya Ticarət Mərkəzinə çırpılıb!
Bəzən inanılmaz şeylər eşidəndə “hadi, canım” deyirmiş kimi qəribə bir ifadə yaranır, yaşlı adamın mimikasına  ona bənzəyən ifadə  yaranmışdı.
Cangüdən dedi:
– Pilot sizinlə görüşmək istəyir.
Pilotun otağına girdilər. Təyyarələr qaçırılmışdı. İkisi Dünya Ticarət Mərkəzinə, biri Pentagona çırpılmışdı, biri də itmişdi, dərhal İsveçrəyə geri dönürdülər.
Yaşlı adam:
– Kanadaya enə bilmərik?
– Zürixə qayıdırıq- kapitan söhbəti kəsdi.
Əmir belə idi.
Pearl Harbordan sonra ilk dəfə idi ki, Amerika torpağlarına hücum edilirdi. Tarix, 11 sentyabr 2001 idi. O yaşlı sərnişin, dolarla hökmranlıq edən, Amerika Mərkəzi Bankının əfasnəvi rəhbəri Alan Qrinspen idi. Qayıtdı, yerinə oturdu, oturacağına bağlı telefonu əlinə aldı, xəttlər işləmirdi… yerdəkilər belə bir-biri ilə danışa bilmirdi, göydəkilər necə danışsın? Üç saat qara-qara fikirləşdi… Hər gün 4 trilyon dolar vuran dünyanın motoru Amerikan iqtisadiyyatı iflic olacaq, qorxu “qlobal qartopu” təsiri göstərəcəkdi. Hər kəs bir nəfərin ağzına baxıb bir şey deməyini gözləyirdi, o da pəncərədən çölə baxırdı.
Nəhayət ki, endilər. Ayağı yerə dəyər-dəyməz işləyən bir telefon istədi. Tapdılar. Hərkəs nəfəsini tuttu. Amerika Mərkəzi Bankının rəhbəri, tarixi böhran barədə ilk təlimatını verəcəkdi. Telefonun rəqəmlərinə basdı, saniyələr illərə bərabər idi.
Və…
 Andreya yaxşısan?- dedi
Dünya iqtisadiyyatının ən vacib adamı, dünya biraz gözləsin deyərək, ilk olaraq həyat yoldaşına, sevdiyi qadına zəng vurmuşdu.
Doqquz il sonra, tarix 2010.
Xidmət avtobusunun pəncərəsindən çölə baxan gənc adamın üzündə xoşbəxt bir gülümsəmə var idi. İllərlə ərazidə çətin şərtlərdə yaşamışdı, nəhayət İstanbula təyini edilmişdi. İki yaşındaki qızının hüzurlu gələcəyi üçün xəyallar qururdu ki… Bomba partladı.
Təxribatı artırmaq üçün qoyulan mismarlardan birisi boynuna saplanmışdı. Təcrübəli əsgər idi,vəziyəti anlamışdı, son dəfə səy göstərib telefonu çıxardı və nömrəni yığdı.
Atlantik okenanının digər tərəfində deyil, iki kilometrə uzaqlıqda, lojmanda Qardələn Əlifin telefonu çaldı.
10 dəqiqə əvvəl öpərək yola saldığı həyat yoldaşı zəng vururdu.
Açdı:
– Canım- dedi.

Əlif İmənç Bölük

Təssüf olsun ki, səsi yox son nəfəsi gəldi.
Fələyin çəmbərindən dəfələrlə keçən qəhrəman çavuş, fəlakət vaxtı son dəfə, əslində ilk öncə sevdiyi qadına zəng vurmuşdu.
Əminəm ki, “yaxşıyam, narahat olma” deməyə çalışırdı. Və “səni sevirəm” deməyə.
İndi 84 yaşında olan Amerikan əfsanəsi Alan Qrinspen Türbülans[1] Çağı (The Age of Turbulence) kitabında öz hekayəsini anlatmışdı. Çalxantından çalxantıya sovrulan Türkəyənin 28 yaşlı qəhrəmanı Çağların hekayəsi isə kitab olmaq bir yana, çox çətinliklə xəbər oldu.
Halbuki, hər terror hadisəsi əslində təyyarələrin göydələnlərə çarpılması ilə eynidir. Nyu-Yorkta olduğu üçün dana önəmli, Halkalı, Şəmdinli də olduğu üçün daha önəmsiz deyildir. İstərsə Swissairin birinci sinifinde dünyanın sahibi Amerikan ol, istərsə də xidmət avtobusunun xarab oturacağında uzman cavuş maaşıyla çətinliklə yaşamağa çalışan Türk ol… Hissetdikləri eynidir.
Pencərədən çölə baxaraq yazıram sizə bu sətirləri və çox düşündüm, sonunu bağlamamağa qərar verdim. Yanınızdadırsa üz-üzə, uzaqdadırsa telefonu əlinizə alıb ilk zəng vuracağınız adama: həyat yoldaşına, sevgiliyə və yaxud heç cürə içinizdəkini açıb deyə bilmədiyiniz qiymətliyə… nə zaman girəcəyimiz türbülansın cümlələrini siz bağlayın.
Əlif İmənç Bölük
Əlif Muşluydu. Müasir Həyatın Dəstəklənməsi Dərnəyinin  Qarədələn layihəsi ilə oxumuş, müəllim olmuşdu. Hətta Qardələn layihəsinin reklam üzü də olmuşdu, televiziya reklamlarında rol almışdı. Təəssüf ki, təyini çıxmayan müəllimlərdən idi. Həyat yoldaşı şəhid olduqdan sonra birinci dərəcəli şəhid yaxını olduğu üçün təyini çıxdı. Şəhid uzman çavuş Mehmet Çağlar Bölük İzmir şəhərində (Tirə) toprağa tapşırıldı. İki yaşındaki qızları Eylül ilə ortada qalan Əlifə isə İzmirdə iş verildi.

(Ardı var)

[1] Çalxantı- Bu vaxt təyyarə sallana  və güclü səs çıxara bilər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Azərbaycanın daha bir qələbəsi

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI