Şərq Bazarında “Zəfər günü” münasibətilə festival keçiriləcək

11:10 04-11-2022 | icon 832 | Gündəm
Şərq Bazarında “Zəfər günü” münasibətilə festival keçiriləcək

8 və 9 noyabr tarixlərində möhtəşəm memarlıq üslubu ilə şəhərimizin bütün ticarət məkanlarından fərqlənən Şərq Bazarında “Zəfər günü” münasibətilə #Bizimkilər festivalı baş tutacaq.

 

Paytaxt sakinləri və qonaqlar “Zəfər Günü”nə həsr olunmuş #Bizimkilər festivalında iştirak edərək yenidən qurulan əzəmətli tarixi abidə “Şərq Bazarı”nda böyük bayram tədbirinə şahidlik edəcəklər.

 

Qonaqlar yerli brendlərin əl işləri, dizayner geyimləri və aksesuarları, həmçinin #WakeUpArtists-in əsərlərindən zövq alacaqlar.

 

Festivalın ilk günündə gənc rəssamların müasir baxışları ilə birləşən etnik motivlərin ab-havası, əl işləri, ustad dərsləri və rəssamların əsərləri təqdim olunacaq.

 

İkinci gün isə moda və aksesuar dizaynerləri yarmarkaya yeni mövsümi və kapsul kolleksiyaları ilə qatılacaq.

 

Qeyd edək ki, “Şərq Bazarı” Azərbaycanın nadir memarlıq abidələrindən biridir. İlk dəfə 1982-ci ildə istifadəyə verilib. 2017-ci ildə Prezidentin sərəncamı ilə yenidən qurulub və orijinallığı qorunmaqla bazarın konsepsiyası dəyişdirilib.

 

Hər kəsi “Zəfər Günü”nü birlikdə qeyd etməyə və “Şərq Bazarı” memarlıq yaradıcılığının möhtəşəmliyindən həzz almağa dəvət edirik.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Məhkəmədən Anar Məmmədli barədə QƏRAR

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Sakinlərin NƏZƏRİNƏ

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu