Azərbaycan multikulturalizminin tədrisi davam edir

13:50 14-11-2022 | icon 328 | Təhsil
Azərbaycan multikulturalizminin tədrisi davam edir

Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə bütün konfessiyaların bərabərhüquqlu fəaliyyəti üçün şərait yaradılması, cəmiyyətdə dinlərarası inteqrasiyanın, dözümlülük və qarşılıqlı anlaşmanın formalaşması multikultural dəyərlərin əsas göstəricilərindən biridir.

 

Prezidenti İlham Əliyevin 2014-cü il 15 may tarixli Sərəncamına əsasən yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əsas vəzifələrindən biri Azərbaycanda tolerantlıq və multikulturalizm sahəsindəki təcrübəni yaymaq və təbliğ etməkdən ibarətdir. Mərkəz BMT, UNESCO, ISESCO və digər strukturlar da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Multikulturalizm Mərkəzinin uğurlu layihələrindən biri “Azərbaycan Multikulturalizmi” fənninin xarici ölkə universitetlərində tədrisi ilə bağlıdır. Hazırda sözü gedən layihə çərçivəsində dünyanın 24 aparıcı universitetində bu fənn uğurla tədris olunur.

 

Yaponiyanın ən nüfuzlu 5 universitetindən biri olan Hokkaydo Universitetində Azərbaycanın multikulturalizm modeli ilə bağlı müntəzəm dərslərə 2017-ci ildən start verilib. Bu günlərdə Hokkaydo Universitetində dərslərin davam edilməsinə başlanılıb. Dərslər Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Hokkaydo Universiteti Slavyan Avrasiya Araşdırmalar Mərkəzinin razılığı əsasında həyata keçirilir. Fənni Hokkaydo Universitetində Konfliktalogiya elmləri üzrə PHD təhsili almış yaponşünas alim, Yaponiya hökuməti dövlət təqaüdçüsü Əlibəy Məmmədov tədris edir. Dərslər yapon dilində keçirilir. Hər il ən fəal tələbələr Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərində  iştirak etmək, Azərbaycana səyahət etmək hüququ qazanırlar. Onu da qeyd edək ki, Ə.Məmmədov Hokkaydo Universitetindən başqa, Tokionun Seyco və Keyyo Universitetlərində də azərbaycançılıq, Azərbaycan mədəniyyəti, tolerantlıq və multikulturalizm ilə bağlı dərsləri müntəzəm olaraq tədris edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ