Şeyxinin qızına “yox” deyən modellə müsahibə 
 

15:57 23-01-2019 | icon 463 | Maraqlı
Şeyxinin qızına “yox” deyən modellə müsahibə  

 

 

Bu gün özündə həddindən çox dəyişiklik edən modellərə tələbat daha çoxdur. Təbii görünüşə o qədər də dəyər verilmir.

 

Versus.Az-ın xəbərinə görə, bu fikirləri Baku TV-yə müsahibəsində vaxtilə ərəb şeyxlərindən birinin qızından evlilik təklifi alan “Mister Azerbaijan 2017” müsabiqəsinin qalibi model Əli Hüseynov səsləndirib. 

 

“İnsanlar var ki, özlərini elə hala salıblar ki, baxan bu sahədən utanır. Şəxsən mən həmin insanları gördükdə özümdən utanıram. Onlara görə normal modellərin də səviyyəsi aşağı düşür. Hətta bəzi qadınlar da var, ümumiyyətlə, modellik adı ilə başqa sahələrlə məşğuldurlar”.

 

Müsahibimiz bu sahədə heç bir iş görməyib özünü model kimi təqdim edənləri də tənqid edib. O bildirib ki, modellik təkcə görünüşdən ibarət deyil.

“Hazırda bu sahə ölkədə inkişafdan qalıb və məvacib də o qədər yuxarı deyil. Mən öz üzərimdə çalışım, bu sahənin təhsilini alım, mənə də eyni qiymətə təklif gəlsin, sadəcə, görünüşünə görə modelliyə aidiyyəti olmayan birinə də. Bu, nə dərəcədə düzgündür?

Bu sahənin çətinliklərinə gəldikdə, Azərbaycanda model kifayət qədər zülm çəkir. Çəkiliş zamanı səhərdən-axşama iş olur, istirahət, demək olar ki, olmur. “Made in Azerbaijan” brendi yaransa, öz markamız olsa, modellik sahəsi inkişaf edər”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı