“Qoşulmama Hərəkatı Gənclərinin Mədəniyyət Forumu” keçirildi

10:46 16-11-2022 | icon 309 | Təhsil
“Qoşulmama Hərəkatı Gənclərinin Mədəniyyət Forumu” keçirildi

15 noyabr 2022-ci il tarixində Qoşulmama Hərəkatı Gənclər Təşkilatının Azərbaycan Milli bölməsinin təşəbbüsü ilə Beynəlxalq Tolerantlıq Gününə həsr olunmuş tədbir keçirilib.

 

“Qoşulmama Hərəkatı Gənclərinin Mədəniyyət Forumu” adlanan tədbir Qoşulmama Hərəkatı Gənclər Təşkilatının müxtəlif üzv ölkələrindəki nümayəndələrin, habelə milli bölmə olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) üzvü olan gənclərin iştirakı ilə ADA Universitetində baş tutub.

 

Tədbir Qoşulmama Hərəkatı Gənclər Təşkilatının sədri Orduxan Qəhrəmanzadənin açılış nitqi ilə başlayıb.

Daha sonra çıxış edən NAYORA-nın baş katibi Ramin Həbibzadə milli bölmənin bu günə qədərki fəaliyyətindən bəhs edib. Ardınca Qana, Misir, Zimbabve, Malavi, Cənubi Afrika kimi ondan çox Qoşulmama Hərəkatının milli bölmələrindən olan təmsilçilər öz mədəniyyətlərini əks etdirən təqdimatlar nümayiş etdirib, ölkələrinin tarix və mədəniyyətlərinin unikal simvolları ilə iştirakçıları tanış ediblər. Forum çərçivəsində rəsmi hissə müxtəlif xalqların milli rəqs və musiqilərinin ifa olunduğu proqram ilə davam edib.

 

Beynəlxalq Tolerantlıq Gününün beynəlxalq səviyyədə qeyd olunmasının zəruriliyini vurğulamaq məqsədi ilə forum hibrid formatda baş tutub. Foruma Qoşulmama Hərəkatına üzv olan ölkələrdən 100-dən çox gənc qatılıb. “Qoşulmama Hərəkatına üzv ölkələrdə tolerantlıq və multikulturalizm” mövzusunda baş tutan forum gənclər arasında tolerantlıq prinsiplərinin vacibliyi ilə bağlı məlumatlılığı artırmaq və mədəni müxtəlifliyi təbliğ etmək məqsədi daşıyıb. Eyni zamanda, Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mahiyyətini əks etdirən Qoşulmama Hərəkatına daxil olan ölkələrin gənclərinin arasında mədəni əlaqələr qurmaq və mövcud əlaqələri möhkəmləndirmək kimi bir sıra hədəflər də forumda öz əksini tapıb.

 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin Hərəkata sədrliyi dövründə irəli sürülən təşəbbüslərdən biri olan QH Gənclər Təşkilatının təsis olunması Qoşulmama Hərəkatının institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. Bir illik fəaliyyəti dövründə Gənclər Təşkilatı Qoşulmama Hərəkatına üzv ölkələrin gəncləri üçün aparıcı beynəlxalq platformalardan birinə çevrilmə istiqamətində qətiyyətli addımlar atıb.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq