“Soçidə hər hansı ciddi uğurun olacağı gözlənilmirdi, amma...”-aşıqlama

15:33 02-11-2022 | icon 246 | Geopolitika
“Soçidə hər hansı ciddi uğurun olacağı gözlənilmirdi, amma...”-aşıqlama

 

 

 

“Soçi görüşündə əvvəlcədən də proqnozlaşdırıldığı kimi sülh prosesinə təkan verəcək ciddi nəticələr əldə edilmədi. Hazırda Rusiyanın Ermənistanla, Azərbaycanla, Qərblə, Avropa və eyni zamanda Ermənistan-Azərbaycan münasibətlərinin cari vəziyyətində Soçidə hər hansı ciddi uğurun olacağı zatən gözlənilmirdi”.

 

 

Versus.az xəbər verir ki, bunu hafta.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti, politoloq Mətin Məmmədli Soçi görüşü, ona qədər və sonrakı Brüssel prosesinə diqqət çəkərkən bildirib.

 

M.Məmmədli bildirib ki, Rusiya Ermənistan -Azərbaycan arasında davam edən sülh prosesi və bu prosesin ayrı-ayrı elementləri ilə bağlı qeyri-konstruktiv, sülhə xidmət etməyən mövqe nümayiş etdirir. Onun sözlərinə görə, bu günlərdə Rusiya prezidentinin Valdayda məlum açıqlamaları, Rusiya rəsmilərinin ölkəmizə qarşı çıxışları, Xankəndinə ermənilərin aksiyasının təşkili və sair adımlar bu mövqeni təsdiq edir.

M.Məmmədli qeyd edib ki, II Qarabağ müharibəsindən sonra Qarabağda ermənilərin sayı xeyli azalıb. Son  1 ildə Qarabağa Ermənistandan ermənilər gətirilsə də, yenə də orada aksiyada iştirak edən qədər əhalinin yaşaması inandırıcı deyil.

 

“Təbii ki, bu aksiya təşkil olunmuşdu və mitinqin Rusiya sülhməramlılarının iştirakı ilə təşkil olunması fikirləri əsassız deyil.  Rusiya rəsmilərinin verdiyi açıqlamalar və digər faktlar bizim belə düşünməyimizə əsas verir.  Görünən odur ki, Rusiya bölgədə davamlı sülhün yaranmasında maraqlı deyil. Buna görə də biz Qarabağda belə hallarla üzləşirik”.

 

Politoloq hesab edir ki, təhdid və təzyiqlərə baxmayaraq Azərbaycan öz prinsipial mövqeyini davam etdirəcək.

“Heç bir halda Qarabağda yaşayan ermənilərə hər hansı bir statusun verilməsindən söhbət gedə bilməz. O da məlumdur ki, Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 15-20 ilə qaldırılması tez-tez Rusiya siyasi dairələrində qaldırılır və Paşinyan da buna müsbət yanaşdığını bildirib. Bu bizim üçün  qəbulolunmazdır. Üçtərəfli sazişə əsasən Sülhməramlıların bölgədə qalması ilə bağlı konkret müddət var. Yalnız o müddət ərzində sülhməramlılar orda qala bilər”.

 

 

M.Məmmədli Soçi görüşündən əvvəl ölkəmizə qarşı müəyyən təxribat xarakterli addımların atılması üzündən Azərbaycan cəmiyyətinin müəyyən hissəsində narahatlığın olduğunu da səbəbsiz saymayıb.

“Məhz bütün bu təzyiqlərin, təhdidlərin fonunda Soçi görüşü keçirildi və belə təhdidlər altında keçirillən görüşdə ölkəmizin maraqlarının əleyhinə hər hansı bir razılaşma, anlaşma əldə olunmadı. Soçi görüşündən sonra qəbul olunan bəyanatın mətninə də baxsaq, görürük ki, orada ölkəmizi narahat edən hər hansı bir məqam yoxdur. O sənəd daim bizim vurğuladığımız -ölkələrin ərazi bütövlüyünə hörmət, sərhəd toxunulmazlığına hörmət- məsələlərini özündə ehtiva edir.  Hər halda belə bir mürəkkəb münasibətlər fonunda  Soçi görüşünü Azərbaycan diplomatiyasının uğuru da hesab etmək olar. Biz bu təzyiqləri, təhdidləri önləyib II Qarabağ müharibnəsində formalaşdırdığımız  xətti davam etdiririk. Bu xəttin də əsas məqsədi, bölgədə qısa müddət ərzində  sülhə nail olmaqdır”.

 

Politoloq qarşıda Ermənistan və Azərbaycan liderlərinin Brüsseldə gözlənilən görüşünə də diqqət çəkib.

“Təəssüf ki, Avropa, Qərb - Rusiya arasında düşmənçilik, həm də Ermənistan -Azərbaycan arasında münasibətləri əhatə edir. Hər iki tərəf bu sülh prosesində təşəbbüsü ələ almaq üçün rəqabət aparırlar. Rusiyanın fəallaşmasına və Soçi görüşünə bu prizmadan yanaşmalıyıq. Brüssel görüşündə real nəticələrin əldə olunması üçün Ermənistan üzərinə düşən öhtəlikləri yerinə yetirməlidir. Və Praqa bəyanatında qəbul olunan prinsiplər əsasında yekun sülh müqaviləsinin bağlanması ilə bağlı artıq addımlar atmalıdır. Yəni Brüssel görüşünün nəticəsi də bu gün Ermənistan  hökumətinin mövqeyindən asılıdır”.

 

Tahirə Qafarlı

Versus.az

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Dubayda qeyri-adi sərgi

Azərbaycan Fransadakı səfirini GERİ ÇAĞIRIR?

Türkiyədə daxili aviabiletlər BAHALAŞIB

Azərbaycanda yeni peyvənd VURULACAQ