Odunla qızdırılan məktəblər barədə AÇIQLAMA

15:39 17-11-2022 | icon 360 | Təhsil
Odunla qızdırılan məktəblər barədə AÇIQLAMA

Azərbaycanda odunla qızdırılan məktəblərin siyahısı hazırlanıb.

 

Versus.Az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin müdir müavini Orxan Abbasov bildirib.

 

Onun sözlərinə görə, dağ yerlərində odunla qızdırılan məktəblərin sayı kifayət qədər çoxdur:

 

“İki ildir ki, Tovuz, Qazax və Ağstafa məktəblərində odunla qızdırılma aradan qaldırılıb. Modul tipli məktəblər isə kiçik olduğu üçün elektrik enerjisi ilə qızdırılır”.

 

O qeyd edib ki, hədəf odunla qızdırılan məktəblərin sayının azaldılmasıdır:

 

“Nazirlikdə ölkədə odunla qızdırılan məktəblərin konkret siyahısı var. Siyahıya uyğun olaraq hər il dövlət proqramına əsasən, müxtəlif sayda məktəblərin qazlaşdırılması və ya digər enerji mənbələri ilə qızdırılması istiqamətində işlər aparılır”.

 

O, ölkə üzrə ümumtəhsil müəssisələrinin qızdırılması üçün hələ də odundan istifadənin səbəbləri barədə danışıb:

 

“Odun ənənəvi yanacaq növüdür. Hazırda ölkədə bəzi məntəqələr maye qazla təmin olunmayıb”.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ