"ermənilərin “Azərbaycanın gərginlik yaratması”  iddiaları, yalanı"-

14:20 22-11-2022 | icon 311 | Qarabağ
"ermənilərin “Azərbaycanın gərginlik yaratması”  iddiaları, yalanı"-

 

“Bu gün intensiv olaraq ermənilərin təmas vəziyyətində olan silahlı qüvvələrinin və Qarabağ ərazisindəki qeyri-qanuni hərbi birləşmələrin atəşkəsi pozması hallarını müşahidə edirik. Ermənistan məkirli siyasət yeridir. Avropa İttifaqı və ATƏT-in müşahidə missiyasının 2 ay müddətində sərhəddə texniki fəaliyyət göstərməsindən istifadə edərək, vəziyyətin gərgin olduğunu və guya atəşkəsin Azərbaycan tərəfindən pozulduğunu göstərmək üçün əlindən gələni edir. Bu vəziyyəti  nəzərə alaraq, bizim hərbçilərimiz erməni hiyləgərliyni, məkirli siyasətini düzgün qiymətəndirməlidır”.

 

 

Versus.az xəbər verir ki, bunu  hərbi ekspert Elxan Şıxəliyev Ermənistan müdafiə nazirliyinin guya noyabrın 20-də sərhəddə atəşkəsin Azərbaycan silahlı qüvələri tərəfindən pozulmasına dair yaydığı yalan və təxribatçı məlumatlarla bağlı açıqlamasında bildirib.

 

 

Ekspert bildirib ki, Ermənistan silahlı qüvvələrinin döyüş növbəsində olan 1-ci eşalon bölmələrinin  atəşkəsi pozmaları, yaxud şüurlu şəkildə sərhəddə bizim döyüş növbətçiliyində, 1-ci eşalonda olan şəxsi heyətimizə qarşı təhqiramiz ifadələr səsləndirməsinin arxasında Ermənistan siyasi hakimiyyətinin məkirli niyyəti durur. Onun sözlərinə görə, məqsəd beynəlxalq təşkilatlara bölgədə gərginliyin qaldığını göstərmək və Azərbaycanı dünyaya sülhü pozan əsas tərəf qismində təqdim etməkdir.

 

 

“Məlumdur ki, Praqa görüşündən sonra erməni diplomatların istəyi ilə Avropa İttifaqı və ATƏT-də olan bir qrup texniki heyət sərhəddə monitorinq aparmaq üçün Ermənistan ərazisinə gəlib. Bu texniki heyyətlər sərhəddə baş verən insidentlərə dair faktları sənədləşdirmək missiyası ilə çıxış edir. Ona görə də Ermənistan siyasilərin proqramına əsasən erməni hərbçiləri sərhəddə təxribatlar törətməklə, yaxud bizim  hərbçiləri münaqişəyə cəlb etməklə atəşkəsin pozulmasına çalışırlar.  Bizim silahlı qüvvələrimiz onların niyyətini düzgün dəyərləndirməli və ermənilərin niyə atəşkəsin tempini artıraraq getdiyini bilməlidir. Aydındır ki, atəşkəs  pozulmasa, digər təxribatçı addımlar atılmasa Avropadan, Qərbdən gələn texniki heyət bölgədə gərginliyin qalması ilə bağlı faktları qeydiyyata ala bulməyəcək. Belə olan təqdirdə ermənilərin “Azərbaycanın gərginlik yaratması”  iddiaları yalan çıxacaq. Ona görə də təmasda hərbçilərimiz dözüm səbr göstərməlidirlər. Lakin bu heç də ermənilərin atdığı atəşə, təxribatlarına qarşı susacağımız anlamına gəlməz”.(hafta.az)

 

T.Qafarlı

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

Seçkiöncəsi ŞOK

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq