Deputatın qaziyə diqqətinin NƏTİCƏSİ

16:50 28-11-2022 | icon 341 | Cəmiyyət
Deputatın qaziyə diqqətinin NƏTİCƏSİ

Razi Nurullayev: "Bildirdilər ki, o, yeriyə və normal həyatını bərpa edə bilər"

 

"Qazi Taleh Camalovun bir ayağı dizdən aşağı kəsilib. O biri ayağını qorumaq üçün özü və atası Musa kişi neçə aydır ki, dirəniş göstərirlər. Taleh “Yaşat” Fondu tərəfindən Türkiyəyə göndərilib və müalicə alıb. Amma, ayağının kəsilməsi ilə bağlı müəyyən rəylər olub və bizim qərarverənlər də bunu əsas gətirərək onun başqa ölkələrdə müalicəsinə isti yanaşmayıb".

 
 
Versus.Az xəbər verir ki, bunu şəxsi "Facebook" hesabındakı paylaşımında Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev yazıb.
 
 
Deputat Talehi və atası Musa kişini iki ildir tanıdığını qeyd edərək, onlara inandığını vurğulayıb:
 
 
"Əmin oldum ki, Talehin ayağının kəsilməsi və ya saxlanılmasına bir nəfər yox, həkimlər konsiliumu rəy verməlidir. Talehin həkimi bu sahədə tanınmış professor Çingiz Əlizadədir və o Talehin ayağının 100 faiz sağala biləcəyini deyir. Bu məsələni nəzarətə götürdüm, “Yaşat” Fondunun rəhbəri ilə razılaşdırdım və TƏBİB rəhbəri Vüqar Qurbanovdan tibbi konsiliumun çağırılmasını xahiş etdim. Məsələ iki gün ərzində həllini tapdı və bu gün Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda təşkil olunan 10-15 həkimin toplaşdığı tibbi konsilium yoxlama aparıb rəyini verdi. Konsiliumda mən də iştirak edib hər bir çıxışı dinlədim. Talehin həkimi professor Çingiz Əlizadənin qənaəti təsdiq edildi. Taleh Camalovun ayağının kəsilməsi barədə verilən qərarların heç bir tibbi əsası yoxdur. O yeriyə və normal həyatını bərpa edə bilər. Hazırda da yeriyə bilər və ayağı tam olaraq sağalıb. Amma gələcəkdə mümkün ola biləəck fəsadları aradan qaldırmaq üçün Almaniyada ixtisaslaşmış klinikada müalicəsi vacibdir".
 
 
Razi Nurullayev təəssüflə qeyd edib ki, Konsiliumda iştirak edən bütün həkimləri tanımaq imkanı olmadı, amma, tanıdığım həkimlərin adını çəkib təşəkkür etmək istəyir:
 
 
"Professor Çingiz Əlizadə, İnstitutun direktoru ortoped-travmotoloq Elviz Qasımov, Yaşar Cəlilov, Qələndər Canbaxışov, Cəbrayıl Ələkbərov və digərləri qazi Taleh Camalova ciddi can yandırdılar, onlara təşəkkür edirəm. Hər zaman Talehin yanında olan və doğma qardaşı qədər can yandıran bloger Elçin Ləmbəranskiyə də təşəkkür borcumuz var. Məsələni operativ həll etdiyi üçün TƏBİB rəhbərliyinə də təşəkkür edirəm".
 
 
Deputat bildirdi ki, qərarı məmur yox, mütəxəssislər verməlidir, bir nəfər yox, sahənin bütün bilicilərinin toplaşdığı konsilium:
 
 
"Təəssüf ki, bu gün Azərbaycanda bir çox sahələrdə qərarı mütəxəssislərdən ibarət konsilium yox, məmurlar verir deyə ciddi narazılıq və problemlərlə üzləşirik".
 
 
PƏRİ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Qarşılıqlı əməkdaşlıq: İmzalanan bəyannamələr, bağlanan sazişlər...

"Gürcüstan inqilaba hamilə deyil"

“Yeni formalaşan parlament daha aktiv olacaq”

ÜMİD ADAM...

“Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim edildi

Kaş Biləsuvarda Əhmədağa Muğanlının heykəli olaydı...

Taksi sayına məhdudiyyət QOYULACAQ

FHN əməliyyat görüntüləri YAYIB

Etirazçılar İrəvana doğru İRƏLİLƏYİR

O kəslər ziyarətə gedərkən CƏRİMƏLƏNƏCƏK Kİ...

Bölgələrdə mənzillər BAHALAŞDI

Biləcəridə evləri su basdı

Rusiya sülhməramlılarının son partiyası da Qarabağı TƏRK EDİR

Ümummilli liderin xatirəsi yad olundu

Uğurlu xarici siyasətin GÖSTƏRİCİSİ