FIFA DÇ-nin formatında dəyişikliklər edəcək

09:07 01-12-2022 | icon 404 | İdman
FIFA DÇ-nin formatında dəyişikliklər edəcək

Dünya çempionatının qrup mərhələsində penaltilər seriyası tətbiq oluna bilər.

 

Məlumata görə, bu qaydanın 2026-cı ildən işə salınması nəzərdən keçirilir. Belə ki, DÇ-2026-dan başlayaraq turnirdə 48 komanda iştirak edəcək. Onlar 3 komandadan ibarət 16 qrupa bölünəcək. İlk iki yeri tutan komanda pley-offa yüksələcək.

 

3-lük qruplarda daha sərt nəticələr olacağı üçün FIFA qrup mərhələsində penaltilər seriyasının tətbiqi ideyası üzərində düşünür. Bu, xalların və cədvəllərdəki digər göstəricilərin bərabərliyi şansını azaltmalıdır. Penaltilər seriyasında qalib gələn komanda bonus xalları da alacaq.

 

Qrupda 3 komandanın yer alacağı formatla bağlı FIFA-da narahatlıq yaradan yeganə amil bütün komandaların oyunlarının eyni vaxtda keçirilməsinin mümkünsüzlüyüdür. Bu, sonuncu dəfə oynayan komandaların hər iki tərəfi qane edən nəticə üçün oynamağa razılaşmasına gətirib çıxara bilər.

 

Hesab olunur ki, penaltilər seriyası belə razılaşmaların mümkünlüyü riskini azaltmağa kömək edəcək.

 

Bundan əlavə, mümkün pozuntu riskini daha da azaltmaq üçün penalti seriyasının matçların başlamasından əvvəl keçirilməsi variantı da müzakirə olunur.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Almaniyaya səfər məhsuldar keçdi"

Azərbaycanda 1 May Bayramı keçirilə bilər?

Rektor yubiley medalı ilə təltif edildi

“For Azerbaijan”ın qrant müsabiqəsinin NƏTİCƏLƏRİ

Manyak ƏLƏ KEÇDİ

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna START

Tibbi arayışlar elektron formaya KEÇDİ

Bu xəstəlik “öpüş” və ya “öpücük” xəstəliyi də adlanır

Tələbələr saqqala görə dərsə BURAXILMADILAR

Sənədsiz evlərlə bağlı YENİLİK

Qərb iç üzünü GÖSTƏRDİ

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Şagirdimiz Sidneydə olimpiada qalibi oldu

Dubayda qeyri-adi sərgi