Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

20:20 01-12-2022 | icon 540 | Təhsil
Türkcə qabiliyyət imtahanına (TYS) start verilib

TÜRK DİLİ üzrə QABİLİYYƏT İMTAHANI (TYS- Türkçe yeterlik sınavı) üzrə MÜRACİƏTLƏRƏ START VERİLİB.

 

Türkiyə universitetlərində təhsil almaq istəyən azərbaycanlı gənclər üçün Türk dili Qabiliyyət İmtahanı (TYS- Türkçe yeterlik sınavı) üzrə müraciətlər başlayıb. 23 noyabr – 21 dekabr 2022-ci il tarixləri arasında müraciətlərin qəbul ediləcəyi imtahan Bakı şəhərində 14 yanvar 2023-cü il tarixində keçiriləcək.

 

TYS ALTE (The Association of Language Testers in Europe) təsdiqini (Q-mark) alaraq türk dilinin ilk və yeganə beynəlxalq səviyyədə təsdiqlənmiş dil imtahanıdır.

 

Türk dilinin beynəlxalq səviyyədə tanınan standart testi olan TYS üç sessiyada keçirilir. TYS-nin 1-ci və 2-ci sessiyasinda (oxuma, dinləmə, yazma) və 3-cü sessiyasında isə (danışma) hər bir namizəd üçün ayrıca tətbiq edilir. Bütün imtahan 210 dəqiqə davam edir, 1-ci sessiya 135 dəqiqə, 2-ci sessiya 60 dəqiqə, 3-cü sessiya 15 dəqiqədir.

 

İmtahanda müvəffəqiyyət qazanan namizədlərə topladıqları ballara uyğun olaraq B2 və C1 səviyyəsində “Türkçe yeterlik” sertifikatı verilir. TYS sertifikatı olan namizədlər Türkiyənin istənilən universitetində təhsil almaq hüququ qazandıqda türkcə hazırlıq mərhələsindən azad edilirlər.

 

“Türkçe Yetərlik” – sertifikatı qazananlara iş müraciətlərində böyük üstünlük verilir.

 

TYS haqqında ətraflı məlumatı baku.yee.org.tr və tys.yee.org.tr ünvanlarında tapa bilərsiniz.

 

İmtahan Tarixi: 14 yanvar 2023

 

Müraciət tarixləri: 23 noyabr 2022-21 dekabr 2022

 

Ətraflı məlumat üçün: http://tys.yee.org.tr

 

Əlaqə nömrəsi: 012 440 31 05 ([email protected])

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Yaxşı olardı ki, proporsional seçki sisteminə keçilsin"

1919-cu il sərhədlərinin bərpası fürsətini yaradan AMİL

Ürəkbulanma zamanı SƏHVƏ YOL VERİLİR

Erməni kilsəsi ətrafında gedən OYUNLAR

Siyasi sabitliyi, dialoq mühitini ifadə edən GÖRÜŞ

"Regionlarda işçilərin aldığı maaşlar fərqlənməlidir"

"Ulu öndərin işığında" - TƏQDİMAT

Xankəndinin nəqliyyat planının layihəsi HAZIRLANDI

Seçkiöncəsi ŞOK

Müəllim olmaq istəyənlərin NƏZƏRİNƏ

Aygün "Xarıbülbül" festivalının bağlanışında...

“Cadı” - CineMastercard kinoteatrında Qala gecəsi

Aygün obrazdan obraza girdi - “Maşallah”

Azərbaycan Milli QHT Forumunun YENİ RƏHBƏRİ

Sea Breeze ərazisində ilk dəfə sirk açılacaq