Mobil telefonun kilidini televizorla da sındırmaq olar

10:44 27-12-2022 | icon 495 | Maraqlı
Mobil telefonun kilidini televizorla da sındırmaq olar

Hakerlər evdəki rəqəmsal məişət cihazlarını sındıra və şəxsi məlumatlara giriş əldə edə bilirlər.

 

Bu barədə Rusiyada “Group-IB” Rəqəmsal Məhkəmə Ekspertizası Laboratoriyasının aparıcı mütəxəssisi İqor Mixaylov xəbərdarlıq edib.

 

Onun sözlərinə görə, evdə nə qədər çox “ağıllı qadcet” olarsa, kibercinəyatkarların onlara daxil olma riski bir o qədər yüksəkdir.

 

“Hakerlər giriş əldə etdikləri qurğular və routerlər vasitəsilə electron ünvan, bank xidmətləri, sosial şəbəkələr üçün loqin və parolların olduğu smartfonlara, yaxud kompüterə giriş əldə edə bilərlər. Keçən il dünyada belə hücumların sayı 1 milyardı ötüb”, - deyə mütəxəssis bildirib.

 

 

“Kaspersky Lab” şirkətinin kibertəhlükəsizlik üzrə eksperti Dmitri Qalov isə qeyd edib ki, bir sıra istehsalçılar qadcetlərin təhlükəsizliyinə kifayət qədər diqqət yetirmirlər və müəyyən zəiflikləri ehtiva edən məhsulları bazara çıxarırlar.

 

O, hücumçuların ev kameralarına, yaxud video-dayələrə giriş əldə etməklə uşaqları qorxutduğu halların olduğunu da deyib.

 

Kibercinayətkarlardan və məlumat sızmasından qorumaq üçün mütəxəssislər bir neçə qaydaya əməl etməyi məsləhət görürlər. Onların sözlərinə görə, ilk növbədə cihaz seçərkən istehsalçının nüfuzuna və məxfilik siyasətinə, həmçinin alınan cihaz barədə rəylərə diqqət yetirilməlidir.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...

Tanınmış bəstəkara həsr olunmuş KATALOQ

TDT yaxın gələcəkdə dünyada güclü bir təşkilata çevriləcək

Jurnalistlərə psixoloji təlim keçirilib

Azərbaycanla Ermənistan arasında 28 sərhəd dirəyi QURAŞDIRILIB

Deputatlar 3 məsələyə görə TOPLAŞDI

“Qeyri-Centlmen İşlər Nazirliyi” "CineMastercard"da

Rusiyaya məxsus helikopter aerodromda məhv edildi

Samir yeniliklərlə qayıtdı

Bu məktəblərə şagird qəbulunda YENİLİK

Bəzi tikinti materialları BAHALAŞACAQ

Ənvər Sadıqov - 58

Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK

Türk dünyasının deputatları Xankəndidə

Azərbaycanda dəhşətli hadisə