"Rusiya indi məhz Bakıya kömək etmək üçün maksimum səy göstərir"

00:03 26-01-2019 | icon 525 | Qarabağ
"Rusiya indi məhz Bakıya kömək etmək üçün maksimum səy göstərir"

 

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Davos görüşü ilk növbədə onu göstərdi ki, hazırda Ermənistan hökumətinin Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesində dəqiq siyasi xətti yoxdur.

 

Versus.Az Trend-ə istinadən xəbər verir ki, bunu rusiyalı teleaparıcı və ekspert Yevgeni Mixaylov deyib. O bildirib ki, Azərbaycan Prezidenti daha inamlı görünürdü:

 

“Prezident İlham Əliyev Nikol Paşinyandan fərqli olaraq daha geniş nizamlama planı ilə çıxış etdi. Son zamanlarda ATƏT Minsk qrupu həmsədrlərinin münaqişə tərəflərini əhalini sülhə hazırlamaq barədə şərhlərini də nəzər alsaq, bu fakt onu göstərir ki, Paşinyanın seçimi azdır. Ona görə də ehtimal edə bilərəm ki, Davos görüşü Dağlıq Qarabağ münaqişəsinin real həllinin başlanğıcıdır”.

 

Y.Mixaylov qeyd edib ki, bir çox KİV-lərdə N.Paşinyanın ünvanına tənqidlər səslənməsini, eləcə də onun mövqelərini əldən verdiyi barədə fikirlərin yer almasını təsadüfi hesab etmir:

“Aydındır ki, Rusiya indi məhz Bakıya kömək etmək üçün maksimum səy göstərir, çünki Ermənistanda anti-Rusiya əhvali-ruhiyyəsi artmaqdadır”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Regionda yeni cəbhə AÇILIR?

"YENİ XƏTT"dən mitinq çağırışlarına qarşı BƏYANAT

Tibb elminə həsr olunmuş ömür...

Vətəndaşları işə düzəltmə adı ilə necə aldadırlar?

Ölümün qorxduğu cərrah - Mübariz Əliyev - 65

Böyük alim, sədaqətli ömür gün yoldaşı, qayğıkeş ana...

Ermənistanın buqələmun siyasəti

Xalq artistlərinin möhtəşəm gecəsi

DREAM Fest 2024-ə 100 gün qaldı

Radikalların QRANT SAVAŞI BAŞLAYIR

“İran-İsrail arasındakı müharibə hər an şiddətlənə bilər”

Nura Surinin “Dünyaya qəribəm” klipi

“Həmkarlar”ın üzvü deyilsənsə, heç kim hüquqlarını müdafiə etməyəcək”

İncəsənətimizin RAMİZİ…

Məişət zorakılığından zərər çəkmiş şəxslərlə bağlı