Limiti bitmişlərə aldanmağa davam

17:43 27-01-2019 | icon 816 | Köşə
Limiti bitmişlərə aldanmağa davam

 

 

 

RƏFAEL BECANOV

/"Cümhuriyət" qəzetinin baş redaktoru/

 

Yenicə başlayan və başlayan kimi də bitən “mitinq sezonu” ilə həm də gənclərin hislərilə oynamağa, xalqa “inqilab”, “işıqlı gələcək” vədləri verməyə cəhd edilir.

 

Düzdür, 19 yanvar mitinqi baş tutdu, alındı. Necə və niyə baş tutması bu yazının mövzusu deyil. Bir dəfə də buna zaman ayırarıq. 26 yanvar mitinqi isə olmayacaq. Məsələ bunda deyildi ki, mitinq olacaq, ya olmayacaq. İcazə verilcək, ya yox... Məsələ tam tam başqadır... 

Qosqoca, illərin bütün sınaqlarını yaşamış adamların limiti tükənənlərə və ya “işıqlı gələcək” vədəçilərinə inanması adamı həm təəccübləndirir, həm də ağrıdır... Doğrudan inanırsınız? Əgər inanırsınızsa, bu, sözün bitdiyi yer sayılmalıdır.

 

19 yanvar, 26 yanvar, lap ardınca 49 fevral mitinqi də olsa, bu inam sizə gün ağlamayacaq. Çoxunuz bunu bilir və bilə-bilə də yenidən eyforiyaya UYMAĞI özünüzə rəva görürsünüzsə, futbol terminiylə desək, zaman-zaman qəsdən AUTA atdığı topları təzədən daşıyıb ona verirsinizsə, bu, sizin faciənizdir, onun yox! Atılan topları qəsdən auta göndərən oyunçu komandadan qovulmalı deyilmi? Qovulmalıdırsa, siz niyə kapitan sarğısı verməyə cəhd edirsiniz? 

Tarixdən seçmələr...

İçimizdə onun sizi istədiyi yerə çatana və istədiyi ana kimi yenə kullanacaq deyə çəkdiyimiz bir ağrı var. Deyirik, yazırıq, beyninizdəki ŞEYTAN içinizdəki MƏLƏYİ qovur və sizi onun ardınca sürükləyir. Tarixlə, saatlamı yazaq? Bilirsiniz axı! 

“Amma təkrarlamaqda fayda var”,- deyib bir daha xatırladaq...

 

Tarix 1995-ci il. AXC partiyaya çevriləndə nələr yaşandığını unutdunuzmu? AXC partiyaya niyə çevrildi? Sizi hakimiyyətə aparmağa, ya hakimiyyət partiyası olmağa? Bu oyun ancaq onun və yanındakı əsabələrindən bir neçəsinin deputat mandatı qazanmasına yaradı.

 

Tarix 2000-ci il. 17 iyuna planlaşdırılan mitinqlə bağlı qərar anında nələr yaşandı? Kim və kimlər mitinqin son anda təxirə salınmasına səs verdi? O mitinqdə nələr nəzərdə tutulmuşdu, hansı taktiki gedişlər ediləcəkdi ki, qarşısını aldılar? O mitinqin qarşısını o zamankı iqtidar aldı, yoxsa partiya sədrinin birinci müavini olan adam və onunla birgə olanlar?

 

2000-ci ilin iyulunda AXCP Ali Məclisinin sessiyasında Elçibəyə etimad məsələsi səsə qoyulandamı səmimiydi, ya 2000-ci ilin parlament seçkilərində “Elçibəyin imzası saxtadır” “paraşa”sını cəmiyyətin müzakirəsinə çıxaranda? Bəlkə Elçibəyin xəstəliyi ilə bağlı ən çirkin ifadələri muzdlu jurnalistlərinə ötürəndə səmimi olub, müxalifətin hakimiyyətə gəlməsinə çalışıb, amma biz bilməmişik?

 

2003-cü il Prezident seçkilərində, hamının dəyişikliyə ümid etdiyi, mübarizə üçün ölümə hazır olduğu bir vaxtda, bütün müxalifətin İsa Qəmbərlə çiyin-çiyinə dayandığı bir zamanda AXCP adına Etibar Məmmədovu dəstəkləyəndə yoxsa inandınız?

 

2005-ci il parlament seçkilərinin nəticələrinə etiraz edənlərin hamısının iradəsi və mübarizə taktikasının əleyhinə olaraq 26 noyabr mitinqində etirazçılara qəsdə çevrilən oturaq aksiya ideyasınamı güvəndiniz?

 

2011-cu ildə İctimai Palatanın dağılması, 2013-cü il Prezident seçkilərində dünyada heç kimin ağlına gəlməyəcək və bütün prosesi bir saniyədə fiaskoya uğradacaq namizədin irəli sürülməsindəki canfəşanlığına görəmi? 

 

Bütün bunlardan sonra yenə də bəlağətin təsirinə düşüb inanırsınızmı? 

Onda gedin inanın!!!

Amma 26 illik mübarizə tarixinə sərfi-nəzər edib bir dəfə də ayaq saxlamağa dəyər. Özünü oda atanı, üstünə benzin töküb özünü yandıranı necə durdurmaq olar ki!? Həmin odu, alovu söndürməklə. Praktika belədir. Biz də sizi yandıracaq o odu, alovu söndürmək istəyirik ki, yanmayasınız. Siz isə bizi söyür, təhqir edirsiniz... Ki, imtina edək, sizi yandıran odu söndürməyək...

 SOROS uşaqları necə mat edildi?

Ssenari yenə də sabiq hərəkatçıların üzərindən oynanılacaq oyun kimi qurulub. Nə mübarizənin səmimiliyi var, nə də Mehman, Seymur, Fuad, ya Gözəlin hüquqlarını müdafiə haqqında düşüncələr. Bu gün Seymur da, Fuad da, Gözəl də həmin ssenarinin qupquru qurbanlarıdır. 

Belə olmasaydı, Mehmanın müraciəti və ona qarşı hakimiyyətin addımı bu qədər təftiş edilməzdi. Kimlərsə Mehmanı “gələcəyin kimi” adlandırmazdı. Mehman düz etdi. Kiminsə arzuları, xəyalları naminə türmədə yatmamalıydı və düzgün qərar verdi. İsti bucağından 3 gün ayrılmağa dözə bilməyənlər Mehmanı daha 3 il, 5 il, lap belə 6 ay olsun, türmədə görmək istəyir, onların əvəzində cəza çəkməsini gözləyirdi. Mehman da düz etdi, hakimiyyət də. Prezident bir gedişlə sanki bilyard masasındakı Avropadan şrtixləndirilən, daxildən düzənlənən daşların hamısını dağıtdı və indi pat vəziyyəti yaranıb. “SOROSun uşarları”nın çıxış yolu bağlanıb. Kimsə iddia edə bilər ki, bu, bizim qələbəmizdir. Olsun! Bu, ölkənin qələbəsidir. Yəni, biz gənclərimizi sizin əlinizdə vasitəyə, dövlətimizi isə oyuncağa çevirməməkdə qətiyik. Hadisənin dərinliyinə baxanda isə bu, təzyiqin nəticəsi deyildi. Mehman İlqar Məmmədovdan böyük fiqur deyil, iddiası da, imkanları da bu böyüklüyə yetməz. İlqar Məmmədov olayındakı güzəştsizlik Mehmana ona görə şamil edilmədi ki, onu doğma qardaşı belə kullanmaq istəyirdi (şəxsi düşüncəmdir və hesab edirəm ki, yanılmıram).

 

Mehman Hüseynov ətrafında siyasi karyerasını bitirmişlərin oyununa gəldikdə, bunu demək zərurəti var. Mübarizənin texnologiyası, taktikası,  trategiyası olur. Bu gün hamımız bir yerdə, böyüklü-kiçikli iqtidardan zəifik. Gücümüz o qədər azdır ki, nəinki hakimiyyəti böyük mənada silkələməyə, heç bir icra başçısını, xəstəxana müdirini, “JEK”də “upravdom”u sıxışdırmağa çatmır. Belədə azsaylı iştirakçılarla meydana çıxıb, olub-qalanı da güdaza vermək, xalqın son ümidlərini də öldürməyə dəymir. Bütün bunlar qəsdən edilir və bu, demokratiya uğrunda mücadilə, söz azadlığının müdafiəsi yox, planlaşmış ssenaridəki rolun ifasıdır. Bu oyunda sabiq hərəkatçıları, “istinni” cəbhəçilərin canfəşanlığını görmək ağrıdıcıdır. 

Xalqı toparlamaq nümunəsi

Mübarizə o zaman səmimi olardı ki, şəxsi və qrup ambisiyalarından imtina edilərək, vahid güc mərkəzi formalaşdırıb, qələbə naminə iştirakçıların sonuncusu belə olmağı bacarasan. Sıradan bir nəfər olursan, və ya çıxışının yarısını hansısa əsgərə verirsən. 1998-ci ildəki Motodrom mitinqində necəydi? Xatırladınızmı? Elçibəy öz çıxış vaxtının bir hissəsini Milli Qəhrəman, AXCP Goranboy rayon şöbəsinin sədri Maşallah Abdullayevə verdi. Birlik, bütünlük nümunəsi belə olur. 

 

Müxalifətin fəallaşması, güclənməsi cəmiyyətin dinamikasıdır, elə iqtidarın da. Ona görə hər kəs - bu cəmiyyətin inkişafını istəyənlər müxalifətin güclənməsinə təkan verməlidir. Amma söhbət oyunbazlıqdan, kreslo davasından, şəxsi qazanclardan və ya mandat mübarizəsindən gedəndə, dəngələr dəyişir. 

“Xalq üçün mitinq”, ya mandat davası?

 

Bir zaman dostlara dediyim məşhur fraza vardı. Bir mandat üçün partiya saxlamağa, insanları işindən-gücündən ayırıb siyasiləşdirməyə dəyməz. 5-6 nəfər bəsdir ki, bir dairədə seçki qərargahı yarada və kampaniyanı təşkil edəsən. Bu deyim indi də aktualdır.

İndiki yarımçıq mitinqlərin son amalı məhz 5-6 nəfərlə görüləcək işin 5-10 min adamla görülməsi cəhdidir. Son anda yenə lazımlı həmin o 5-6 nəfər olacaq, xərclənən isə 5-10 min adam. 

 

Bütün bunlardan sonra yenə inanırsınız? İnanın, amma biz sizi o odda yanmağa qoymamağa çalışırıq. Kim deyir ki, kimsə müxalifət olmasın, ya hakimiyyəti tənqid etməsin, ya mitinq keçirməsin? Sosial problemlər, arxasında böyük oliqarxlar dayanan balaca “padşahlar”ın özbaşınalığına qarşı dirəniş, haqqımızı tələb etmək bizim müxalifətçilikdən də öncə vətəndaşlıq haqqımızdır. Qışda qaz, yayda su olmursa, zəif külək əsən kimi işıq sönürsə, susub oturaqmı? Təbii ki, yox! Vətəndaşın normal yaşamını təmin etmək hökumətin vəzifəsidir. Bunu etməyən hökumətə etiraz etmək, müxalif olmaq adi bir görəvdir, vətəndaşlıq hüququndan istifadə etməkdir, Amerika kəşf etmək deyil. Mitinq isə demokratik mübarizənin dəyişməz tərkib elementlərindən birincisidir. Amma bu mitinqi kim və niyə keçirir, əsas budur! “Bu mitinq sizin arzularınızın mindən birini reallaşdırmaq üçün deyil” deyirik! “Bu mitinqlər sizin üzərinizdə qurulan növbəti oyundur” deyirik..!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI