Vardanyan Xocalı aeroportunun açılmasına çalışır

12:54 05-01-2023 | icon 564 | Qarabağ
Vardanyan Xocalı aeroportunun açılmasına çalışır

Qarabağ separatçılarının qondarma “dövlət naziri” Ruben Vardanyan bütün imkanlardan istifadə etməklə Xocalı aeroportunun açılmasına çalışır.



Versus.az xəbər verir ki, bu haqda Ermənistan KİV-lərində dərc oluna informasiyalarda bəhs olunur.



Belə ki, Ruben Vardanyan Fransa, Rusiya və digər ölkələrin mətbuatı vasitəsilə beynəlxalq ictimaiyyətə ünvanladığı mesajlarda bildirir ki, hazırda hava dəhlizinin açılması Qarabağ erməniləri üçün vəziyyəti kökündən dəyişə biləcək yeganə həll yoludur

 

Onun sözlərinə görə, Xankəndi yaxınlığında yerləşən hava limanı orta tutumlu təyyarələri qəbul etməyə hazırdır.



“Bu, daha çox siyasi məsələdir. Beynəlxalq təşkilatların, Avropa ölkələrinin və ABŞ-ın təzyiqləri böyük əhəmiyyət kəsb edəcək", - Vardanyan deyib.


Qeyd edək ki, azərbaycanlı ekofəalların Şuşa yaxınlığında keçirdiyi dinc aksiyaya baxmayaraq, Xankəndi-Laçın yolu humanitar məqsədlər üçün açıqdır. Qarabağdakı separatçı-terrorçu dəstənin nümayəndələri isə blokada vəziyyətinə düşdüklərini iddia etməklə dünyanın öz yalanlarına inandırmağa çalışırlar.



Xatırladaq ki, Xocalı aeroportu 1991-ci ildən fəaliyyətini dayandırıb. Ermənilər Xocalı aeroportunu 2012-ci ildə 8 milyon dollar qarşılığında rekonstruksiya ediblər, amma bu vaxta qədər oradan uçuşlar həyata keçirilməyib.



Rəsmi Bakı Qarabağdan uçuşlara qadağa qoyduğunu elan edib.



Ermənistanın və Qarabağ separatçılarının Xocalı aeroportunun açılması üçün beynəlxalq təşkilatlara müraciəti nəticəsiz qalıb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu xəstəliklər təmas yolu ilə ötürülür

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

İşsizlərin NƏZƏRİNƏ

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

İlk dərs günündə BIÇAQLANMA

Üzə əncir çəkin, görün nə olacaq

Balığın köhnə olduğunu belə bilmək olar...

Bu günün PROQNOZU

Çəkisi nə 200, nə də 500-dür

Türkiyədə fabrikdə PARTLAYIŞ

Nuri belə sevindirdi

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

46 məntəqənin nəticələri ETİBARSIZ SAYILDI