İran-Azərbaycan münasibətləri yeni məcrada

10:26 17-01-2023 | icon 408 | Siyasət
İran-Azərbaycan münasibətləri yeni məcrada

Fuad Əliyev: "Dövlətlərarası münasibətlərin düzələcəyinə hələ ki, ümid azdır"

 

Xəbər verildiyi kimi, Antalyada Asiya Parlament Assambleyasının iclası keçirilib. İclas çərçivəsində İran, Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin üçtərəfli və ikitərəfli görüşləri də olub.

 

Versus.Az xəbər verir ki, İran İslam Şurası Məclisinin sədri Məhəmməd-Bağer Qalibaf azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü barədə danışarkən deyib ki, - "Son zamanlar Azərbaycanla müəyyən fikir ayrılıqları olub, indi bu problemlər həll olunub və mənim Bakıya gələcək səfərim, eləcə də belə görüşlərin davam etdirilməsi ilə bağlı qərar qəbul edilib”.

 

Maraqlıdır, iki ölkə arasındakı problemlər gerçəkdənmi həll olunub? Olunubsa, rəsmi Tehran Bakının Qarabağa keçən diversantlarla bağlı notasına niyə indiyədək cavab verməyib? Azərbaycandan üzrxahlıq etməyib? Problemlər həll olunubsa, Tehran nədən Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına və Zəngəzur dəhlizinə hər vəchlə əngəl yaradır, İrəvana silah-sursat, raketlər bağışlayır, dronlar (PUA) vəd edir, SEPAH generalları az qala hər həftə Azərbaycanı hədələyir? Hətta Antalya görüşündən sonra da İran rəsmi KİV-lərindən biri ölkəmiz əleyhinə yazıya yer verib.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev dövlətlərarası münasibətlərin düzələcəyinə ümidin az olduunu qeyd edib:

 

“Türkmənistanda keçirilən görüşdə dövlət başçısı İlham Əliyevlə iranlı həmkarı münasibətlərdə qarşılıqlı hörmətdən söz açmışdılar. Və çox keçmədi ki, molla rejimi əleyhimizə yenə düşmənçilik siyasətini davam etdirdi. Bununla da göstərdilər ki, Azərbaycana qarşı nifrət püskürməyindən əl çəkmək fikrində deyillər. Mənim fikrimcə, rəsmi Bakı Tehranla bağlı siyasətində güneylilərin hüquqlarını müdafiə prosesini genişləndirməlidir. İran postmüharibə dönəmində iç üzünü hamıya tanıtdı. Bundan sonra onlardan xoş məram gözləməyə dəyməz. İran Azərbaycanla normal münasibətlərini davam etdirmək istəyindədirsə, özü maraqlı olmalıdır”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Qubadlı Şəhəri Günüdür

Nazirlikdən özəl bağçalarla bağlı QƏRAR

Əlində qəribə bir şey tapıldı

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Dünyanın ən utancaq insanı

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Prezident bu postu LƏĞV ETDİ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

3 boksçumuz dünya birinciliyində qalib gəldi

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA