Kemeron Bakıya hansı "baqaj"la gəlib?

10:14 19-01-2023 | icon 462 | Siyasət
Kemeron Bakıya hansı "baqaj"la gəlib?

Fuad Əliyev: "Sülh müqaviləsi olacaqsa, o mütləq Moskvada imzalanacaq"

 

Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir. Qlobal proseslərin aktivləşdiyi bir dövrdə ABŞ-ın Cənubi Qafqaza xüsusi diqqət ayırması səbəbsiz deyil. Brüssel formatı ilə yaxından maraqlanan rəsmi Vaşinqton bu və ya digər şəkildə prosesdən uzaq düşmək istəmir.

 

Versus.Az xəbər verir ki, hazırda Rusiya-Ukrayna müharibəsi həm də postsovet məkanında dəyişikliklər üçün atılan addımlar kimi də nəzərdən keçirilir.

 

Məsələyə münasibət bildirən Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev vurğuladı ki, Rusiya lideri sülh müqaviləsinin Vaşinqton variantı olduğunu söyləmişdi:

 

“Əgər belə sənəd varsa, Kemeron onu özü ilə Bakıya gətirməlidir. Həqiqətən Amerikanın Cənubi Qafqazda sülh, sabitlik istəyi varsa, o zaman real addımlar atsın. Bayden komandası isə başından ermənipərəst siyasət yürütməkdədir, ona görə Riker heç nə ilə yadda qala bilmədiyi kimi, Kemerondan da böyük gözləntim yoxdur”.

 

ALDP sədrinin fikrincə, ABŞ Fransadan bir qədər fərqlənir:

 

“Onlar Azərbaycanı ittiham etmirlər, Avropa İttifaqının vasitəçiliyinə müsbət yanaşırlar. Kemeron Qafqaz üzrə müşavir təyin olunması ilə Brüssel danışıqlarının bərpasında fəallığını artıra bilər. Lakin mən həmişə demişəm ki, əgər sülh müqaviləsi olacaqsa, o, mütləq Moskvada imzalanacaq. Qərbin vasitəçiliyi ilə heç bir sənədin imzalanması mümkün görünmür”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Qubadlı Şəhəri Günüdür

Nazirlikdən özəl bağçalarla bağlı QƏRAR

Əlində qəribə bir şey tapıldı

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Dünyanın ən utancaq insanı

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Prezident bu postu LƏĞV ETDİ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

3 boksçumuz dünya birinciliyində qalib gəldi

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA