20 Yanvar ŞƏHİDLƏRİ - Hər qələbədə izləri göründü

16:10 20-01-2023 | icon 463 | Cəmiyyət
20 Yanvar ŞƏHİDLƏRİ - Hər qələbədə izləri göründü

20 Yanvar bizim həm hüzn günümüz, həm də müstəqilliyimizin qapılarını taybatay açan azadlıq günümüzdür. 33 il bundan əvvəl gələcək nəsil imperiyaların qanlı caynağını görməsin deyə küçələrə atılan, tankların qabağında dik dayanan, bəzən tank altında qalan vətəndaşlarımız, şəhidlərimiz, yaralılarımız azadlıq tarixini yazdılar. Qorxmadan, qorxu nədir bilmədən düşmənlərə böyük güc göstərdilər, yenidən dirildilər, azadlığa yol açdılar.

 

Onlar, həqiqətən də tarix yazdılar. Onlar bizim onları unutmağımız üçün yox, bizim onları hər an anmağımız üçün və onların qəhrəmanlığından dastan yazmağımız üçün şəhid oldular. Ona görə də biz onları hər zaman anmalıyıq, yada salmalıyıq və yad etməliyik. O şənbə gecəsindən sonra hər qələbədə onların izi göründü. Qarabağ zəfərimizdə də inanın ki, onların əməyi böyükdür. Bilirsinizmi niyə? Çünki müstəqillik olmadan bunların heç birisi olmazdı, namümkün olardı. Onlar isə müstəqilliyə şanlı yol çəkdilər. Bizim rahat yaşamağımız bütün şəhidlərimizin sayəsindədir.

 

Şəhidlərimizin əziz xatirəsi daim qəlbimizdədir. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Gəlib çatdı 20 Yanvar günü,
Yenə kədərliyik, yenə qəmliyik.
Azərbaycan qeyd edir bu hüzünü,
Ürəyimiz kövrək, gözü nəmliyik.

 

Sanki yaşayırıq onu yenidən,
Bir film kimi canlanır gözümüzdə.
Belə bir qırğına, belə vəhşətə,
Heç inana bilmirik özümüz də.

 

Neçə ocaq yandı, bitdi, kül oldu,
Qan ağladı, yasa boğuldu şəhər.
Nələr yaşamışdıq biz, aman Allah,
O gündə biz nələr görmüşdük, nələr?!

 

Qətliamdan sonra birdən yarandı,
Xəzərin sahilində qan dənizi.
O gecə qəlbimiz qana boyandı,
Qəlbimizdən silinməyəcək izi.

 

Qana doydu, qan ilə suvarıldı,
Küçələrdə saysız qərənfil bitdi.
Düşmənlər qəlbindən vurdular onu,
O gün azadlıq Şəhadətə yetdi.

 

Qazanacağımız o istiqlala,
Azadlığın nahaq qanı nur saçdı.
O gecə verilən günahsız canlar,
İstiqlal gününə qapılar açdı.

 

Uzun illər qisas oduyla yandıq,
Şəhidlərimizi qürurla andıq,
Qarabağı düşməndən qaytararaq,
Qisas alıb qələbəni qazandıq.

 

Sinəsini sipər edən igidlər,
Bu torpağın keşiyində dayanıb.
Daha rahat yatın siz, ey Şəhidlər!
Düşmənlərdən qisasınız alınıb!

 

Qalxıb ərşə dirəndi o gecədən,
70 il zülm görən xalqın haqq səsi.
Çıxmayacaq bir an da fikrimizdən,
Unudulmaz Qara Yanvar gecəsi!

 

 

SEVİNDİK NƏSİBOĞLU
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Bu xəstəliklər təmas yolu ilə ötürülür

Bu gün güclü maqnit qasırğası GÖZLƏNİLİR

İşsizlərin NƏZƏRİNƏ

Bu gün Şuşa, Xankəndi və Xocalıda da məktəblər AÇILIR

Baş nazir qərar İMZALADI

Rusiya XİN-ə NOTA VERİLDİ

İlk dərs günündə BIÇAQLANMA

Üzə əncir çəkin, görün nə olacaq

Balığın köhnə olduğunu belə bilmək olar...

Bu günün PROQNOZU

Çəkisi nə 200, nə də 500-dür

Türkiyədə fabrikdə PARTLAYIŞ

Nuri belə sevindirdi

Bu gündən Azərbaycanda yeni dərs ili başlayır

46 məntəqənin nəticələri ETİBARSIZ SAYILDI