Həqiqətdən uzaq, saxta məlumatlara əsaslanan QƏTNAMƏ

14:52 23-01-2023 | icon 352 | Siyasət
Həqiqətdən uzaq, saxta məlumatlara əsaslanan QƏTNAMƏ

"Bu, Avropa Parlamentinin Azərbaycana qarşı növbəti riyakarlığıdır"

 

“Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqeyinin növbəti dəfə şahidi olduq. Avropa Parlamentinin sonuncu qətnaməsi həqiqətdən uzaq, saxta, yalan məlumatlara əsaslanaraq qəbul edilib”.

 

Versus.Az xəbər verir ki, bunu açıqlamasında Azərbaycan Liberal Demokrat Partiyası (ALDP) sədrinin müşaviri Rəşad Ramizli deyib.

 

ALDP rəsmisinin sözlərinə görə, Avroparlamentin ölkəmizə qarşı belə qərəzli mövqelərinin bir neçə dəfə şahidi olmuşuq:

 

“Erməni yalanlarına əsasən hazırlanan qətnamələrin bu illər ərzində bir neçə dəfə şahidi olmuşuq. İndi isə Laçın yolunun “blokada”da olması kimi sərsəm iddialarla dolu olan qətnamənin Avropa Parlamenti tərəfindən qəbul edilməsini Azərbaycana qarşı növbəti riyakarlıq kimi qiymətləndirirəm. Ekofəalların keçirilən dinc aksiyanı “görmək istəmirlər””.

 

Rəşad Ramizli bu qətnamələrin bir kağız parçası olaraq qalacağını vurğulayıb:

 

“Həmin bu Avropa Parlamenti Cənub Qaz Dəhlizi layihəsinə qarşı çıxmışdı. İndi isə Cənub Qaz dəhlizinin Avropanın enerji təhlükəsizliyi üçün vacibliyini  sübut etdi. Bu mənada deyə bilərəm ki, Avropa Parlamenti Azərbaycana qarşı olan bu davranışları ilə əslində oturduğu budağı kəsməklə məşğuldur”.

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Səbrimizin mükafatı Şəhidlərimizin yanı olar İnşAllah”

Qubadlı Şəhəri Günüdür

Nazirlikdən özəl bağçalarla bağlı QƏRAR

Əlində qəribə bir şey tapıldı

Ordumuzun döyüş texnikaları hazır vəziyyətə GƏTİRİLİR

Dünyanın ən utancaq insanı

Xuraman Şuşalı “Əcəb oldu” dedi

Bu gecə aeroport yolu BAĞLANACAQ

Prezident bu postu LƏĞV ETDİ

Deputatlar gələn ayın ilk günü TOPLAŞIR

3 boksçumuz dünya birinciliyində qalib gəldi

ürkiyədə PKK-ya qarşı ƏMƏLİYYATLAR

Alimlərdən XƏBƏRDARLIQ

"Azərbaycan özü diqtə edən dövlətdir indi"

Sea Breeze “World Architecture Festival 2024” SİYAHISINDA