Ərinin öldüyünü düşünüb qardaşına ərə getdi 

18:09 28-01-2019 | icon 464 | Maraqlı
Ərinin öldüyünü düşünüb qardaşına ərə getdi 

 

ATV-nin ən çox izlənilən proqramı "Tatlı Sert"ə Mehmet Selim Kaymazın həyat hekayəsi damğa vurub.
 

Versus.Az Haberler-ə istinadən xəbər verir ki, 38 yaşlı Mehmet Selim Kaymaz həyat hekayəsi ilə izləyənləri heyrətləndirib.

Mehmet Selim Kaymazın Mardində evli və iki uşaq atası olan atası Ahmet Kaymaz 1983-cü ildə işləmək üçün Livana gedib. İsrail-Livan müharibəsi zamanı baş verən bir bombalı hücumda onun öldüyü düşünülüb.

1 il boyunca ailəsi ondan heç bir xəbər ala bilməyincə arvadı Nazife ilə kiçik qardaşı Hasan evləndirilib. İllər sonra Türkiyəyə doğmalarının yanına qayıdanda arvadı və doğma qardaşının ailə qurduğunu görüncə geri qayıdıb.

Mehmet Selim Kaymazın dediyinə görə, 20 gün əvvəl ona gələn bir xəbərlə atasının yaşadığını bilib. Ata Ahmet Kaymazı görənlər oğlu Mehmetə "Atan bombalı hücum zamanı yaralandı. 1 il müalicə olunub. Kəndə qayıdanda ananın qardaşı ilə ailə qurduğunu və uşaqlarının olduğunu görüncə İraqa qayıdıb. Orada yenidən ailə həyat qurdu" deyiblər.

 

Atasını tanımadığını və onu qucaqlamaq istədiyini deyən Mehmet Selim Kaymaz, Müge Anlıdan atasının tapılması üçün kömək istəyib.

 

Versus.Az 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Əfəndilər, Yardımlı da Azərbaycandır

Röyanın Moskva konserti təxirə salındı - SƏBƏB?

Moskvadakı dəhşətli terrorda ölənlərin sayı 150-yə çatıb

Rusiyada teraktda yaralananların durumu açıqlanıb

Ayılar üçün maraqlı əyləncə

Artritə səbəb olan 5 mühüm SƏHV

İdmançımız Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Tarixçidən maraqlı faktlar

Gündə 1 dəqiqə cəfəri çeynəyin

Şəfalı olduğu düşünülən bu bitkilər böyrəkləri çürüdür

Gimnastlarımız Dünya Kubokunda finala yüksəliblər

İtlər hətta simvolları da anlayırlar

Dəri problemlərindən mərciməklə xilas olun

Bu iki ədviyyatı birgə istifadə edin

Ən sürətli qol