“Maraq hissi ölüm hissini üstələyənlərin yeridir jurnalistika”

13:18 13-11-2017 | icon 820 | KİV
“Maraq hissi ölüm hissini üstələyənlərin yeridir jurnalistika”

Millət vəkili Qənirə Paşayeva Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dəvəti ilə gənc jurnalistlərlə görüşüb. O, bu təşəbbüsün müəlliflərinə təşəkkürünü bildirib.

Versus.Az xəbər verir ki, fakültənin dekanı Vüqar Zifəroğlu və müəlliməsi Aygün Əliyeva bu cür görüşlərin böyük əhəmiyyətindən danışıblar, millət vəkili Q.Paşayevaya dəvəti qəbul etdiyi üçün təşəkkür ediblər.

Q.Paşayeva jurnalist olmaq istəyən gənclərlə görüşü çox maraqlı və önəmli hesab etdiyini bildirib. Gənclərin jurnalistikaya gəlmə səbəblərilə maraqlanan millət vəkili onlarla özünün jurnalist fəaliyyəti ilə bağlı bir sıra təcrübələrini bölüşüb:

“Jurnalist olmaq istəyən şəxsdə maraq hissi o qədər güclü olmalıdır ki, müharibə bölgələrində çalışanda ölüm hissini, hər addımda yanınızda olan ölüm təhlükəsini belə unutdura bilsin. Jurnalistika bir sevdadır, yanğıdır, fədakarlıqdır. Hansı sahədə olursa-olsun jurnalist öz işini ən yaxşı edən ən yaxşı vətənpərvərdir, çünki işindən vətənə ziyan yox, xeyir dəyir. Vətənpərvərlik sözdə deyil, əməldə olur”.

Q.Paşayeva gəncləri gecə-gündüz yorulmadan oxumağa, öyrənməyə və yaxşı peşəkarlar kimi yetişməyə çağırıb. O, bildirib ki, hər zaman yaxşı jurnalistlərə cəmiyyətin ehtiyacı olacaq:

“Bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz. Ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə vəzifələr düşür. Harada doğulmasından və harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Azərbaycanın yanında olmalı, həqiqətlərin dünyaya daha geniş çatdırılması üçün çalışmalıdır. Gəclər həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməli, Azərbaycan tarixi, ədəbiyyatı və coğrafiyasını yaxşı öyrənməlidirlər. Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir. Bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır və uşaqlarımız oxumağa, öyrənməyə, bir peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar”.

Q.Paşayeva gəncləri maraqlandıran sualları cavablandırıb və geniş fikir mübadiləsi olub. Görüşün sonunda millət vəkili müəllifi olduğu kitabları tələbələrə imzalı hədiyyə edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

Regionda yeni cəbhə AÇILIR?

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

ŞAHİDlikdən ŞƏHİDliyə...

Fuad Əliyevdən Çingiz Mustafayevlə bağlı TƏKLİF

Sülhməramlıların Azərbaycandan çıxması nədən xəbər verir?

Baba Pünhanın vəfatından 20 il ötür

"Azərbaycan iqtisadiyyatı daha da güclənir"

Məktəblilər cinsiyyətini dəyişə biləcəklər

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

Ayaqlarınız niyə şişir?

Azərbaycanın daha bir qələbəsi

“Laçın” hücum təyyarələri havaya QALDIRILDI

“Avroviziya” üçün “Özünlə apar” mahnısının yeni VERSİYASI

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI